İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an

22.06.2026 21:20 55
Avrokuboklar
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”la "Nyu Seynts" (Uels) arasında keçiriləcək oyunların başlama saatları müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, komandalar arasında ilk görüş iyulun 7-də Masazırda keçiriləcək. Qarşılaşma saat 20.00-da başlayacaq.

Cavab oyunu isə iyulun 14-də İngiltərənin Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Bu, “Sabah”ın tarixində Çempionlar Liqasındakı ilk oyunları olacaq.