İspaniya La Liqasının 2026/27 mövsümündə çıxış edəcək sonuncu komanda da müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, azarkeşlərini “Malaqa” sevindirib. Komanda pley-offun final mərhələsinin cavab oyununda “Almeriya”nı 2:1 hesabı ilə məğlub edib. İlk matç qolsuz heç-heçə ilə başa çatmışdı. Bununla da “Malaqa” növbəti mövsüm La Liqada çıxış etmək hüququ qazanıb.
Xatırladaq ki, bundan əvvəl “Rasinq” və “Deportivo” da yüsək liqaya vəsiqə qazanmışdı.