Peşəkar Futbol Liqasının (PFL) saytına haker hücumu olub.
Football-plus.az xəbər verir ki, hadisə təqribən 12.30 radələrində baş verib.
Sayta müdaxilə edən “Xin1337” adlı internet istifadəçisi türk dilində “Kötü amacımız yok” (Pis niyyətimiz yoxdu) yazıb.
Məlumatı PFL-dən də təsdiqləyiblər. Qurumdan bildirilib ki, problem artıq yoluna qoyulub.