Bu barədə məlumatı Almaniya klubunun saytı yayıb.
Müqavilənin pozulmasına Federal İnformasiya Təhlükəsizliyi Administrasiyasının (BSI) Rusiyanın Ukrayna ilə müharibəsi fonunda şirkətin məhsullarının etibarlılığına şübhələrin yaranması səbəb olub. “Kaspersky Lab” kompüter virusları, spam, haker hücumları və digər kiber təhlükələrdən qorunmaq üçün sistemlər hazırlayır. Frankfurt klubunun Direktorlar Şurasının üzvü Aksel Hellmann məsələ ilə bağlı belə deyib:
“Biz həmişə açıq şəkildə bildirmişik ki, “Kaspersky Lab” ilə əməkdaşlığın davam etdirilməsi millətlərə yox, faktlara və münasibətlərə əsaslanır. BSI-nin xəbərdarlığından sonra “Kaspersky Lab”ın məhsul və xidmətlərinə etibarımız əhəmiyyətli dərəcədə dəyişdi. Artıq şirkətin rəhbərliyinə sponsorluq müqaviləsinə xitam verildiyi haqda məlumat vermişik”.
Xatırladaq ki, daha əvvəl Almaniyanın “Şalke-04” klubu Rusiyanın Ukraynaya təcavüzünə görə “Qazprom” şirkəti ilə müqaviləni ləğv etmişdi.
