Məşhur "Transfermarkt" portalı biabırçı səhvə yol verib.
Football-plus.az xəbər verir ki, "instaqram"da Didye Droqba, Samuel E'too, David Vilya və Maykl Essyenin şəklini paylaşaraq "Əfsanələrin sonuncu klublarını tapın", - deyə izləyicilərinə müraciət edib.
Hamıya bəllidi ki, qanalının son ünvanın "Səbail" olub. Lakin portal "gəmiçilər"i erməni klubu olaraq göstərib.
"Transfermarkt.com"un axtarış sistemində "Səbail" Azərbaycan təmsilçisi olaraq qeyd olunub. Dünya markası media qurumunun belə səhvə yol verməsi biabırçılıqdan başqa bir şey deyil.