Avropa Liqasının qrup mərhələsində "Qarabağ" "Olimpiakos"u qəbul edəcək.
Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisi rəsmi "feysbuk" səhifəsində oyunla bağlı azarkeşlərinə müraciət edib:
"Oyuna gələrkən biletlərin üzərində yazılmış qapılardan istifadə etməyiniz tövsiyə olunur. Bu, giriş və çıxış zamanı sıxlığın qarşısını almaq üçündü.
Xatırladaq ki, 11-ci və 28-ci sektor aralığında bilet sahibləri A girişindən, 1-10 və 29-38-ci sektorlara olan bilet sahibləri isə B girişindən istifadə etməlidi. Sizi stadionda gözləyirik! Gəlin pley-offa birgə addımlayaq. Biz birlikdə "Qarabağ"ıq!"