"Qarabağ" azarkeşlərə müraciət etdi

5.09.2022 15:53 509
Avropa Liqası
"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ilk oyununda komandanı stadionda dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

"Football-plus.az" xəbər verir ki, “Frayburq” (Almaniya) - “Qarabağ” matçını izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyənlər oyun günü "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) azarkeşlər üçün ayrılmış E-4 sektorunun giriş qapısından saat 19.00-dan 21.00-dək bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodu.

Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək.

"Frayburq" - "Qarabağ" oyunu sentyabrın 8-də 21.00-da (Bakı vaxtı ilə 23.00) keçiriləcək.