"Mançester Yunayted" yarımmüdafiəçisi ilə yollarını ayırmaq qərarına gəlib.
"Qırmızı şeytanlar" Ceyms Qarneri "Everton"a satır. Klublar 21 yaşlı futbolçunun 15-20 milyon funt-sterlinqə transferi ilə bağlı tam razılığa gəliblər.
"Everton" oyunçu ilə şəxsi müqavilənin şərtlərini müzakirə edir. Gələcəklə bağlı yekun qərarı Qarner özü verəcək, çünki onunla bir neçə başqa klub da maraqlanır.