"Real"ın futbolçusu "Mançester Yunayted"də

19.08.2022 12:11 459
Dünya futbolu
"Real"ın futbolçusu Kazemiro karyerasını İngiltərədə davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Mançester Yunayted"lə razılaşıb. Bu barədə "Marca" nəşrinin jurnalisti Feliks Dias məlumat yayıb.

"Qırmızı şeytanlar" 30 yaşlı futbolçunun transferi üçün "Real"la 70 milyon avro qarşılığında razılığa gəlib. Keçidin yaxın zamanda tamamlanacağı gözlənilir.