“Mançester Yunayted” "Ayaks"ın futbolçusu üçün 100 milyon verir

29.08.2022 15:13 488
Dünya futbolu
“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, “qırmızı şeytanlar” “Ayaks”ın yarımmüdafiəçisi Antoni ilə razılaşıb. Bu barədə “Goal” nəşri məlumat yayıb.

“Mançester Yunayted” 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayacaq. Braziliyalı yarımmüdafiəçinin keçidi üçün “Ayaks”a 100 milyon avro ödəniləcək.

Antoni Braziliya yığmasının da üzvüdü.