"Real"ın yarımmüdafiəçisi Kasemiro "Mançester Yunayted"ə keçir.
Football-plus.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. "Qırmızı şeytanlar" 30 yaşlı braziliyalı yarımmüdafiəçinin transferi ilə bağlı razılığa gəliblər. Futbolçunun İngiltərədə həftəyə 350 min funt-sterlinq qazanacağı bildirilir.
“Mançester Yunayted” braziliyalı üçün 60 milyon avro ödəyəcək, daha 10 milyonu isə bonuslar şəklində veriləcək.
Qeyd edək ki, Kasemiro "Real"da 2013-cü ildən çıxış edir.