Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib.
Football-plus.az xəbər verir ki, Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke-04”ün ikinci komandası da növbəti matçına çıxıb.
Millimizin üzvünün komandası evdə “Kaan-Marienborn”a 1:2 hesabı ilə uduzub.
Meydana start "11-lik"də çıxan hücumçu 64-cü dəqiqədə əvəzlənib.
6 tura 7 xal yığan “Şalke-04"ün əvəzedici komandası turnir cədvəlində 18 kollektiv arasında 10-cu pillədə mövqe tutub.