PSJ qapıçısı Keylor Navasla yollarını ayıracaq.
Qolkiper transfer pəncərəsi bağlanana qədər klubu tərk edəcək. Futbolçunun agenti Xorxe Mendeş parislilərin rəhbərliyi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi şərtlərini bildirib. 35 yaşlı qapıçının klubla sözləşməsi 2024-cü ilə kimi nəzərdə tutulub.