Rüfət Dadaşov qol vurdu, komandası qələbə qazandı

31.07.2022 20:30 368
Dünya futbolu
Almaniya Qərb Regional Liqasında 2-ci turun oyunları keçirilir.

Football-plus.az
xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Şalke-04”ün ikinci komandası səfərdə “Köln-2”yə 3:1 hesabı ilə qalib gəlib. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Dadaşov 90+3-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.

Qeyd edək ki, “Şalke -2” hazırda 6 xalla ikinci pillədə qərarlaşıb.