Rüfət oynamadı, komandası isə...

11.04.2022 23:00 551
Dünya futbolu
Almaniyanın Qərb Regional Liqasında 33-cü turun oyunları keçirilir.

Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Proyssen Münster”lə qarşılaşıb – 0:2.

Qeyd edək ki, Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.