Komandası Rüfətsiz qələbə qazandı

2.04.2022 13:31 485
Dünya futbolu
Almaniyanın Qərb Regional Liqasında 32-ci turun oyunları keçirilir.

Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-04”ün ikinci komandası səfərdə “Homberq”ə böyük hesabla qalib gəlib – 3:0.

Lakin millimizin üzvü bu oyunun iştirakçısı olmayıb. Bunun səbəbi bəlli deyil.

“Şalke-04”ün ikinci komandası bu nəticədən sonra 35 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.