• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tuxel “yeni Zlatan”ı bəyənməyib

Dünya futbolu

28-08-2022, 16:0

“Nyukasl” çox önəmli transferin astanasındadı.

Məşhur insayder Fabritsio Romanoya inansaq, “sağsağanlar” “Real Sosyedad”ın hücumçusu Aleksandr İsakın transferini 70 milyon avroya razılaşdırıb, daha 10 milyon San-Sebastyana bonus kimi gedəcək. Bu da İngiltərə klubu üçün transfer rekordudu. Futbolçu artıq İngiltərədə tibbi müayinədən keçib, müqavilə şərtləri razılaşdırılıb. İsveç yığmasının 22 yaşlı forvardı “Nyukasl”da həftəyə 120 min funt qazanacaq.

“Nyukasl” hələ o qədər də pul xərcləməyib

Ümumiyyətlə, “Nyukasl” bu yay özünü yetərincə təvazökar aparır – Səudiyyə Ərəbistanı şeyxləri klubu ələ keçirəndən sonra hər kəs güman dedirdi ki, geninə-boluna pul xərcləyəcəklər. İsakı nəzərə almasaq, “Nyukasl” cəmi üç transfer reallaşdırıb:
• “Aston Villa”dan qışda icarəyə götürdükləri sol cinah müdafiəçisi Mett Targettin transfer hüququna yiyələniblər. Gənc futbolçu baş məşqçi Eddi Haunun planlarına uyğun gəldiyindən onun üçün 17,5 milyon avro ödənilib;
• “Nyukasl”ın qapısının toxunulmazlığını indi Nik Poul – bir neçə il “Bernli”ni çiyinlərində daşıyan, yığmanın da formasını geyən kiper qoruyur. Nikin sabiq komandası ötən mövsümün yekununa görə çempionşipə yollansa da, qapıçı özü haqlı olaraq, elitada qaldı – o, şeyxlərə 11,5 milyon avroya başa gəldi;
• Ən səs-küylü keçid Sven Botmandı. “Lill”dən alınan niderlandlı müdafiəçi 37 milyon avroya başa gəlib. Müxtəli vaxtlarda qitənin top klubları Botmanın arxasınca düşsə də, bu yay meydanda yalnız ikisi – “Nyukasl”la “Milan” qalmışdı. Sven İngiltərə komandasını seçdi.
“Nyukasl”ın xərclədiyi pula baxanda həm premyer-liqanın (“Nottingem Forest” bu yay 150 milyon xərcləyib), həm də klubun özünün standartlarına (“sağsağanlar” yanvarda 4 futbolçuya 100 milyon avro xərcləmişdi) əsasən çox təvazökar görünür. Xatırladaq ki, qışda Kiran Trippye, Den Bern, Kris Vud və Bruno Gimarayeş alınmış, yuxarıda adını çəkdiyimiz Mett Targett icarəyə götürülmüşdü.
Digər tərəfdən, Hau əlinin altındakı heyətlə də turnir vəzifələrinin öhdəsindən uğurla gəlir. “Nyukasl” ilin ikinci yarısını möhtəşəm keçirdi. Yanvar-may aralığında keçirilən oyunların nəticəsinə əsasən cədvəl qursaq, “sağsağanlar” yalnız “Liverpul”la “Mançester Siti”dən geri qalar.
Elə cari mövsümə də məğlubiyyətsiz başlayıblar: startda bu yay çox pul xərcləyən “Nottingem Forest”i məğlub ediblər (2:0), ardından “Brayton” (0:0) və “Mançester Siti” (3:3) ilə heç-heçə qeydə alınıb. “Şəhərlilər”in həmin oyunda necə əziyyət çəkdiyindən də xəbərdarsız.
Bütün bu nəticələrə rəğmən, “Nyukasl” hücumda problem yaşayır. Kallum Uilson çox qol vursa da, daim baş məşqçinin sərəncamında olmur – elə “Siti” ilə oyunda növbəti dəfə zədələnib sıradan çıxdı. Elə məhz Uilsonun zədəsinin kluba baha başa gəlməməsi üçün İsakı alırlar.

Tuxel “yeni Zlatan”ı bəyənməyib

İsveçli hücumçunun personası ilk dəfə 5 il əvvəl diqqəti çəkib – 2017-ci ildə Dortmund “Borussiya”sı 18 yaşlı futbolçunun AİK-dən transferinə 8,6 milyon avro ayırıb. Onda vətəni tərk etməyə qərar verən İsak “Real”ın yox, məhz dortmundluların xeyrinə seçim etmişdi.
Aleksandrı artıq həmin vaxt Zlatan İbrahimoviçlə müqayisə edirdilər. Heç də yalnız ikisi də isveçli olduğuna görə yox. Həm İbra, həm də İsak fiziki qabariti ilə seçilir (Aleksandrın boyu 192 sm-di), bununla belə, yetərincə texnikalı oyunçulardı. Gənc forvard həm də yüksək sürətə malikdi, bu üzdən cinahda da oynaya bilir. İbrahimoviç hələ 2016-da həmvətəni haqda belə demişdi:

“Sizin üçün yeni Zlatan tapmışam! Siz ki bilirsiz – mənim xoşuma gəlmək çətindi. Çoxdan Aleksandrın oyununu izləyirəm, hələ ki məni məyus etməyib. İstedadlı oğlandı. Kimsə Zlatanın oxşarını almaq istəyirsə, ona məhz İsak lazımdı”.

Ancaq “Borussiya”da oyun vaxtı əldə etməklə bağlı problem yarandı. Komandanın baş məşqçisi Tomas Tuxel açıq-aydın dedi ki, isveçlini onun fikrini soruşmadan alıblar, İsakın gəlişindən yarım il sonra Obameyanqın gedişi də işə yaramadı. Dortmunddakı ikinci mövsümdə Aleksandrı əvvəlcə əvəzedici heyətə, sonra isə “Villem II”yə - icarəyə göndərdilər. İsak orda yarım mövsüm ərzində çox parlaq təsir bağışladı. Meydana çıxdığı 16 oyunda 13 qol vurdu, 7 məhsuldar ötürmə verdi, erediviziyada “qol+ötürmə” sistemi üzrə 16-cı yerı tutdu. Bu sıralamada top-20-də yer alan futbolçulardan heç biri 20-dən az oyun keçirməmişdi. Üstəlik İsakın ölkənin top-klublarının yox, “Villem II”nin şərəfini qoruduğunu da unutmayaq.

Hücumçunun məhsuldarlığı diqqətdən kənarda qalmadı – “Borussiya” icarədən qayıdan isveçlini dərhal “Real Sosyedad”a 15 milyon avroya satdı. Bu keçid Aleksandrın özünün təşəbbüsü idi. İsveçli bundesliqada bir qol da vurmasa da, hamı bu sövdələşmədən qazanclı çıxdı. “Borussiya” ona lazım olmayan futbolçunun transferindən pul qazandısa, “Real Sosyedad” yaxşı hücumçu ələ keçirdi, İsak da, nəhayət, ona inanan komanda tapdı.

Aleksandr La Liqadakı ilk mövsümdə hələ yalnız uyğunlaşsa da, 9 qol vurmağa imkan tapdı. Onun qurbanları sırasında “Barselona” və “Real” da var idi. Madridlilərlə “Santyaqo Bernabeu”da keçirilən ölkə kubokunun 1/4 final oyunu İsakın benefisinə çevrildi. İsveçli dubl etdi, eləcə də qələbə qolunda Mikel Merinoya məhsuldar ötürmə verdi. Bu oyunda 4:3 hesabıyla qalib gələn “Real Sosyedad” finalda da “Atletik”ə qalib gəlməklə kuboku 3-cü dəfə muzeyinə apardı. 2020/21 mövsümü əvvəlkindən də yaxşı keçdi. Gənc isveçki mövsümü 17 qol və 2 məhsuldar ötürmə ilə başa vurdu. Artıq həmin mövsümün gedişində top-klubların diqqətini çəkdi – “Arsenal”, “Barselona”, “Liverpul” və hətta iki il əvvəl qapını göstərən “Borussiya” da maraqlanmağa başladı. AÇ-2020-dəki uğurlu oyun onun qiymətini bir qədər də qaldırdı. Elə həmin vaxt Qari Lineker belə bir ifadə işlətmişdi: “Düşünürəm ki, bu Aleksandr İsakın Avropanın bir çox klubunun diqqətini çəkdiyinə heç kim şübhə etmir. Müstəsna istedaddı”. Maraqlıdı ki, İsakın belə qiymətləndirməni eşidəndə Linekerin kim olduğunu bilmədiyini demişdi.
Müştərilərin çoxluğuna baxmayaraq, Alekdander “Real Sosyedad”da qaldı – klub da onu buraxmaq həvəsində deyildi. Görünür, bu üzdən, yoxsa hansısa başqa səbəbdən İsak İspaniyada ən zəif mövsümünü keçirdi – La Liqada cəmi 6, Avropa Liqasında isə 3 qol vurdu. Yenə klubuna yetəricə faydalı olsa da, bu yay artıq 22 yaşlı hücumçu üçün əvvəlki növbə yoxdu.

“Real Sosyedad” artıq əvəzedici tapıb

“Real Sosyedad” İsakın əməyini yüksək dəyərləndirir: bir il əvvəl isveçlinin müqaviləsinə kosmik hədd kimi görünən 90 milyon avro dəbbəpulu yazıblar. Yuxarıda vurğuladığımız kimi, forvard ardından La Liqada cəmi 6 qol vurdu. Bu nəticə isə heç komandanın bombardiri olmağa imkan vermədi – Mikel Oyarsabalın hesabında 9 top var. Bu üzdən San-Sebastyan klubu “Nyukasl” üçün asanlıqla endirim etdi – çətin ki, yaxın gələcəkdə hansısa klub İsaka görə 90 milyon ödəyə. Üstəlik “Real Sosyedad” isveçlinin növbəti satışından da 10 faiz qazanacaq. Əsas hücumçusunu satmağa hazırlaşan klub artıq ona əvəzedici də tapıb. Söhbət “Almeriya”nın formasını geyən Umar Sadikdən gedir.
25 yaşlı nigeriyalı İtaliya komandalarının (“Roma”, “Bolonya”, “Torino”, “Spetsiya”) düşərgəsini gəzib, “Reyncers”lə “Partizan”a baş çəkib, ötən mövsüm isə İspaniya çempionatının aşağı dəstəsində parlayıb: 36 oyunda 18 qol və 12 məhsuldar ötürmə. Məhz Sadikin məhsuldarlığı komandanın elitaya yüksəlməsində həlledici amillərdən biri idi.

Sadik yenicə start götürən mövsümdə artıq “Elçe”nin qapısına yol tapıb. Yayda La Liqanın bir çox klubu – “Sevilya”, “Vilyarreal”, “Xetafe” onun arxasınca düşmüşdü. Ancaq 30 milyon avro keçid pulu müştərilərin gözünü qorxutdu. “Real Sosyedad” isə İsakın transferinə görə əldə edəcəyi pulla nigeriyalının keçidini maliyyələşdirməyə tam qadirdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-06-2022, 13:0

“Aston Villa”dan “Nyukasl”a keçdi

Dünya futbolu

25-06-2022, 13:0

''Nyukasl'' ərəblərin milyonları ilə keyf edir

Dünya futbolu

23-08-2022, 10:0

"Nyukasl"dan 29 milyonluq transfer həmləsi

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə