"Nyukasl"dan 29 milyonluq transfer həmləsi

23.08.2022 10:56 388
Dünya futbolu
“Nyukasl” hücum xəttini gücləndirmək niyyətindədir.

Football-plus.az xəbər verir ki, İngiltərə klubu Joao Pedronun xidmətində maraqlıdır.

Nyukasl təmsilçisi "Uotford"a 29 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Pedro premyer-liqada ötən mövsümün 28 matçında 3 qol vurub.