"Atletiko" sol cinah müdafiəçisi mövqeyinə oyunçu axtarır.
Football-plus.az xəbər verir ki, buna səbəb Renan Lodinin "Nottinqem Forest"ə transfer olmaq üçün bu gün İngiltərəyə gedməsidi. Klublar braziliyalının 5 milyon avroya icarəyə veriləcəyi ilə bağlı razılığa gəliblər. Müqavilədə onu 30 milyon avroya tam hüquqlu transfer etmək bəndi də yer alacaq.
"Tottenhem"in futbolçusu Serxio Reqilonun "Atletiko"da Lodini əvəz edəcəyi bildirilir. Bu keçidin icarə əsasında olması gözlənilir.