Avropa Liqasında 2021/22 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" UEFA-nın texniki komitəsinin üzvlərinin rəyinə əsasən, bu ada Filip Kostiç layiq görülüb. Serbiyalı yarımmüdafiəçi son mövsümdə “Ayntraxt”la turnirin qalibi olub. Kostiç frankfurtluların uğurunda 12 oyuna vurduğu 3 qol və oyundaşlarına verdiyi 6 məhsuldar ötürmə ilə rol oynayıb. “Ayntraxt”ın onu “Yuventus”a satdığını da qeyd edək.