Kostiç "Yuventus"da

14.08.2022 18:10 342
Dünya futbolu
Serbiya yığmasının və “Ayntraxt”ın yarımmüdafiəçisi Filip Kostiç Frankfurt təmsilçisindən ayrılıb.

29 yaşlı vinger bundan sonra karyerasını “Yuventus”da davam etdirəcək. Serb yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq. Tərəflər 3 illik müqaviləyə imza atacaq. “Yuventus” Kostiç üçün 17 milyon avro təzminat ödəyəcək. Filip 2018-dən “Ayntraxt”da çıxış edirdi. O, Frankfurt təmsilçisində keçirdiyi 5 mövsüm ərzində 172 oyuna çıxıb, 33 qola imza atıb. Yarımmüdafiəçi daha öncə “Radniçki”, “Qroningen”, “Ştutqart” və “Hamburq” kimi komandalarda da çıxış edib, Serbiya yığmasında 48 oyuna 3 qolla yadda qalıb.