Avropa Liqasında 2021/2022 mövsümünün ən yaxşı gənc oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu, "Ayntraxt"ın yarımmüdafiəçisi Ansqar Knauffdu. 20 yaşlı futbolçu bu ilin yanvarında "Borussiya"dan (Dortmund) icarə əsasında Frankfurt təmsilçisində keçib. O, Avropa Liqasının pley-off mərhələsində bütün matçlarında iştirak edib və 7 oyunda 2 qol vurub, 1 qolun ötürməsini verib.
Qeyd edək ki, "Ayntraxt" Avropa Liqasının finalında "Reyncers"ə qalib gələrək (əsas vaxt - 1:1, penaltilər seriyası - 5:4) turnirin qalibi olub.