PSJ yay transfer pəncərəsi bitməmiş müdafiəçi Abdu Diallo ilə yollarını ayırmaq istəyir.
Football-plus.az xəbər verir ki, seneqallı futbolçuya "Vest Hem" və "Roma" da daxil olmaqla bir neçə klub iddia edir. Parislilər Diallonu birdəfəlik buraxmaq istəyir. Fransa klubunun əsas ümidi İngiltərə premyer-liqası klublarından, xüsusən də London “Vest Hem”indən uzunmüddətli təkliflərlə bağlıdı.