“Çelsi”nin futbolçusu “Vest Hem”də

24.08.2022 16:05 327
Dünya futbolu
İtaliya yığmasının müdafiəçisi Emerson Palmieri “Çelsi”dən ayrılıb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını premyer-liqanın digər təmsilçisi “Vest Hem”də davam etdirəcək. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Braziliya əsilli italiyalının transferi “Vest Hem”ə 13 milyon avroya başa gəlib. Müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Emerson Palmieri 2018-ci ilin yanvarından “Çelsi”də çıxış edirdi. O, bu klubda 71 oyuna çıxıb, 2 qol vurub.