PSJ-nin qapıçısı İngiltərə klubuna keçə bilər

31.05.2022 12:05 485
Dünya futbolu
"Vest Hem" PSJ-nin qapıçısı Alfons Areolanı transfer etmək istəyir.

"Football-plus.az" xəbər gerir ki, bu barədə italyan jurnalist Fabrisio Romano məlumat yayıb. O bildirib ki, Premyer Liqa klubu 29 yaşlı fransız üçün 9 milyon avro ödəyəcək. Bu həftə "çəkicdöyənlər"in nümayəndələri futbolçunun agenti ilə danışıqlar aparacaq.

Areola keçən 2021-ci ildən icarə əsasında "Vest Hem"də oynayır.