Ölkə futbolunun problemlərindən danışan istənilən şəxs ilk növbədə uşaq futboluna, orda yaşanan çatışmazlıqlara toxunur, bu sahədə çalışan bəzi məşqçilərin özbaşınalığını qabardır.
Dünən redaksiyamıza məktubla müraciət edən valideyn də vaxtilə övladının məşqçisi olmuş “Xocalı” klubunun çalışdırıcısı İlkin Hacıyevdən narazılıq edir:
Bunun üçün bütün xərcləri valideynlər üzərinə götürməlidi. Məcburiyyət qarşısında deyilən təkliflə razılaşdıq. Nəhayət, uşaqlarla birgə Qəbələ rayonuna yola düşdük. İlkin Haciyev bilərəkdən 12 yaşlı uşaqlara qadağan olunan "Red Bull" içkilərindən verirdi. Valideyinlərə isə onun işinə qarışmamağı məsləhət görürdü. Bu barədə ölkə mətbuatında yazılar dərc olundu, baş məşqçinin bu addımı ictimaiyyət tərəfindən qınandı. Lakin aidiyyatı qurumlar susmağa üstünlük verdi. Həmin ərəfədə uşaqların qarınağrısından necə əziyyət çəkdiyini, sadəcə, görmək lazım idi. İlkin Haciyevin yalvarışından sonra biz valideynlər məsüliyyəti üzərimizə götürdük. Klub direktorunun ən böyük biabırçılığı bayrağımıza qarşı oldu. Yenə də "direktor" məsüliyyətdən yayınmağı bacardı.
Hörmətli redaksiya, mənim “Xocalı” FK ilə heç bir müqaviləm yoxdu. İşimlə bağlı Qəbələ rayonuna köçdüyüm üçün övladım eyniadlı klubun müvafiq yaş qrupunda məşqlərə çıxır. İlkin Haciyev imzamı saxtalaşdıraraq 2023-cü ilə qədər onunla müqaviləm olduğunu iddia edir. Bunun üçün məndən 3000 manat tələb edir. Sonradan məlum oldu ki, bu şəxsin bütün uşaqlara qarşı aqressivliyi var. Mənə məlum olmayan məsələ ondan ibarətdi ki, aylıq 50, fərdi məşqlərə 200 manat ödədiyim halda, klub 3000 manatı necə tələb edə bilər? İnsan alveri ilə pul qazanmaq və onu şirin-şirin qəbul etmək insanlığa yaraşmayan işdi. Sizdən xahiş edirəm ki, yazdığım şikayət ərizəsini məktub formasında aidiyyatı qurumlara göndərəsiz. Əvvəlcədən təşəkkür edirəm”.
Məsələ ilə bağlı Elman bəyin ittiham etdiyi “Xocalı”nın direktoru İlkin Hacıyevə də tribuna verdik. Hacıyev qarşı tərəfin iddiaları ilə razılaşmadı və məsələnin AFFA səviyyəsində həll olunmasını istədiyini bildirdi:
Hər iki tərəfin mövqeyini öyrəndik. Bu məsələdə kimin düz, kimin səhv olduğunu yəqin ki, AFFA və yeri gələrsə, hüquq-mühafizə orqanları aydınlaşdıracaq. Ancaq ortada qalan azyaşlı, gələcək üçün perspektiv vəd edən potensiallı uşaqdı.
RƏŞAD