Bu məbləğ 2020-ci ildə 11,9 milyon manat, 2021-ci ildə isə 15,9 milyon manat təşkil edib. Müqayisə üçün bildirək ki, 2020-21-ci illərdə "Neftçi" sponsorlarından müvafiq olaraq 7,9 milyon manat və 9,1 milyon manat vəsait alıb. Sponsorlarından böyük vəsait alan klublardan biri də "Sabah"dı. 2020-21-ci illərdə bu klub sponsorlardan müvafiq olaraq 4,3 milyon manat və 5,7 milyon manat vəsait alıb. "Zirə"də bu məbləğlər 3,6 milyon manat və 4,4 milyon manatdı. "Səbail"də sponsorlardan alınan məbləğ 2020-21-ci illərdə 375 min manat və 771 min manat təşkil edib. "Sumqayt"da isə bu məbləğlər 2020-ci ildə 424 min manat, 2021-ci ildə 2 milyon 917 min manat olub. "Qəbələ" sponsorlarından 2020-21-ci illərdə 296 min manat və 157 min manat vəsait alıb.
"Football-plus.az" olaraq, xəbərin məhz "Qarabağ"la bağlı hissəsinə aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə müraciət etdik:
"Bu informasiya başdan-ayağa yanlışdı, həqiqəti əks etdirmir. Hər il maiyyə ilə bağlı hesabatı həm saytımızda yerləşdiririk, həm AFFA-ya veririk. Və uyğun şəkildə də lisenziya alırıq. Bütün açıqlamalar detallı şəkildə orda var".
