“Rapid”in rəsmi saytı “Neftçi” ilə səfər oyunu ərəfəsində “komandamız cümə axşamı Bakıda səfər qələbəsi qazanacaqmı” sualı ilə sorğu keçirib.
"Football-plus.az" xəbər verir ki, sorğuya qatılan 368 azarkeşin 75 faizi bu suala “bəli” cavabını verib. 21 faiz “xeyr, heç-heçə olacaq” cavabını seçibsə, qalan 4 faiz “xeyr, təəssüf ki, uduzacağıq” deyib. Bəli, həmin 4 faiz Peyğəmbərcəsinə müdriklik göstərib. Əlbəttə, Bakıdakı oyun 2:0 bitsəydi, daha yaxşı olardı, o son dəqiqə qolu heç yerinə düşmədi. Bu isə artıq başqa söhbətin mövzusudu.