Almaniya əhalisinin təxminən yarısı futbol üzrə milli komandanın Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməsini istəmir.
Bu barədə "YouGov" Sosiologiya İnstitutu sorğu aparıb. Respondentlər mundial üçün stadionların tikintisi zamanı fəhlələrin həlak olması ilə bağlı narazılıqlarını bildiriblər. Sorğuya qatılanların 48 faizi bundestimin DÇ-2022-də iştirakının əleyhinə çıxıb. 28 faiz yığmanın dünya çempionatını buraxmamalı olduğunu düşünürsə, 24 faiz məsələyə münasibət bildirmək istəməyib.
Xatırladaq ki, DÇ-2022 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.