"Neftçi"nin rəqibində ciddi itki

1.08.2022 12:37 544
Konfrans Liqası
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid" ciddi itkiylə üzləşib.

Football-plus.az xəbər verir ki, Vyana təmsilçisinin yarımmüdafiəçisi Patrik Qreyl sıradan çıxıb. 26 yaşlı futbolçu Avstriya Bundesliqasının 2-ci turunun “Klaqenfurt”la səfər matçında (1:0) zədələnib.

Qreyl 56-cı dəqiqədə Kristof Knasmüllnerlə əvəzlənib. Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

"Neftçi" ilə "Rapid" arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə bir həftə sonra Avstriyada baş tutacaq.