• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Rəqibin oyunçuların ustalığını nəzərə almaq lazımdı" - Qurban Qurbanov

Çempionlar Liqası

3-08-2022, 23:0

"Qarabağ" UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Macarıstanın "Ferentsvaroş" klubu ilə 1:1 hesablı heç-heçə edib.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Çox gərgin oyun oldu. Maraqlı matç alındı. Dünən də demişdim ki, topla yaxşı davranan komandaya qarşı oynayacağıq. Həqiqətən bu gün bunu gördük. Müdafiə və hücum xəttində yaxşı idilər. Oyunun əvvəlində bəzi çətinliklər oldu. Amma sonradan oyunu ələ ala bildik. Məncə, bizim ən çox mübarizə apardığımız oyun oldu. Buna da çox sevindim.Hər şey cavab oyununda bilinəcək. Böyük istək, əzmlə çalışacağıq ki, futbolçularımız həmin oyuna tam hazır olsunlar. Mübarizəmizi sona kimi aparacağıq. Özü də yaxşı. Çalışacağıq ki, əlimizə düşən şanslardan maksimum istifadə edək. Möhtəşəm azarkeşlərə də təşəkkürümü bildirirəm. Onlar komandamızın arxasında daim dururlar, bizə güvənirlər. İnanıram ki, bizlərlə olacaqlar. Biz də daha yaxşı mübarizə aparıb, daha yaxşı nəticə qazanmağa çalışacağıq.

- İlk dəfə bizə VAR lazım deyildi, o da var oldu...

- Normal idi. Bəzən belə hallarda rahat olursan. Məncə, elə hər şey ədalətli olsun. Əlavə fikirlər yaranmır. Kiməsə, nəyəsə görə qalib gəlmək istəmirik. Tərəfdarıyam ki, orda da düzgünlük olsun. Məncə, buna öyrəşməliyik.

- Kadi Borgesinin yeri göründü?

- Bu barədə fikir bildirməyim düz olmaz. Bu gün meydanda olan futbolçularım tapşırıqları maksimum yerinə yetirdilər. Kadi olanda hücumda və müdafiədə əlavə gedişlər edirik. Amma futbolçular həqiqətən Kadinin yoxluğunu bir o qədər də hiss etdirməlidilər. Əlimdə sağlam futbolçular çox olanda rotasiyalar daha rahat olur. Hər bir futbolçu layiqli oynadı.

- Stanislav Çerçesov oyundan sonra Filip Ozobiçləı görüşdü. Sizcə, onu öz komandasında görmək istəyər?

- Ozobiç haqda xoş sözlər deyilirsə, mənə də xoşdu. Komandasında görmək istəyər, ya istəməz fikir deyə bilmərəm.

- Ən vacib anlarda futbolçular topu geriyə ötürürlər..

- Özümüz meydanda olmalıyıq ki, futbolçuların nəyə görə belə qərar qəbul etdiyini biləkk. Oyunu götürsək, geriyə nadir hallarda oynayırdıq. Sadəcə həmin epizodlarda rəqib çox yaxşı bağlayırdı oyunçularımızı. Biz məğlub olmamışıq. Macarıstana yaxşı nəticə üçün gedəcəyik.

- Bu cür ağır oyundan sonra çempionat matçının təxirə salınmasını istəyəcəksiz?

- Qərar vermişik, altıncı gün oynayacağıq oyunumuzu. Ondan sonra fikirləşərik.

- Toral Bayramova oyundan sonra əsəbləşdiniz..

- Bir epizodda Toral uzun ötürmə verə bilərdi. Çünki Ovusu istəyirdi. Əsəbi deyildim, gərginlik var idi. Emosialardı.

- Stanislav Çerçesov sizə yaxınlaşdı və nəsə dedi. Əsəbləşmişdi?

- Ovusunun epizodunu dedi ki, topu qapıçıya verəndə qapıya vurmaq istəyirdi. Dedim, narahat olma, vursa belə, buraxacaqdıq. O da bəlkə göründü ki, hirsləndi, amma yox, elə deyildi.

- "Qarabağ" qol buraxandan sonra xarakter göstərir. Amma qol buraxmasaq, olmaz? Sanki komanda qoldan sonra ayılır...

- İnanın ki, istəmərəm qol buraxaq. Komanda yatmışdıki? 40 dərəcə istidə futbolçular əziyyət çəkirdi. Rəqibimiz sıradan deyildi. Qola gəldikdə, neçə epizodda qapıçımız daha ayıq oynayır. Oyundan əvvəl ayıq olur. İstənilən rəqibin reytinqi bizdən çox yuxarıdı, çempionatları bizdən yuxarıdı. Futbolçularım qol buraxsa da, mübarizə aparırlar. Qol buraxmamaq kimi bir şey yoxdu. Rəqibin oyunçuların ustalığını nəzərə almaq lazımdı. Daha etibarlı oynamaq istəyirik. Qol buraxsaq da, sınamamağ çalışırıq. Futbolçularıma inanıram. Bu gün futbolçularım yatmırdılar, qələbə üçün ən yaxşısını etməyə çalışırdılar. Öz bacardıqlarından daha artığını etmək istəyirlər. Hansı komandada oynadıqlarını yaxşı bilirlər. Azarkeşlər üçün baxımlı oynamaq istəyiriksə, qapımıza qol da vuracaqlar.

- Əsas heyətdə 6 dəyişiklik var idi. Heç-heçə qəanətbəxş nəticədi, yoxsa daha yaxşısını etmək olardı?

- Ədalətli nəticədi. Ona görə yox ki, 3-4 oyunçumuz yoxdu. Sadəcə rəqibin də qol epizodları oldu, bizim də. Bir hissəmiz bitdi, minimum daha 90 dəqiqə var qarşıda. Oyun gedir, sadəcə fasilədi.

- Mərhələ keçmək şansımız nə qədərdi?

- Hələ də bərabərdi şanslar. Hər komandanın qalib gəlmək şansları var.

- İsveçrədəki oyunun əlavə vaxta getməsinin bugünkü oyuna təsiri oldu?

- Ola bilər ki, hardasa təsiri oldu. Bizim 5 futbolçumuz əlavə vaxt oynadılar, güc sərf etdilər. Çox isti idi, enerji itirdilər. Bir az hiss olunurdu, futbolçular yoruldu. Amma səbəbi onda axtarmaq istəməzdim.

- Maksim Medvedevin durumu nə yerdədi?

- Bilinmir. Bel zədəsi elədir ki, dəqiq diaqnoz və vaxt qoya bilmirsən. Durumunu bilmək üçün 1-2 gün gözləmək lazım olacaq.

- Cavab oyununu "ölüm-"dirim mübarizəsi" adlandrımaq olar?

- Məğlub olmaq haqda fikrimiz yoxdu. Məğlub olsaq da, dünyanın sonu deyil. Belə şeylərə hazır olmalıyıq. Bura Çempionlar Liqasıdı. Çox güc itirəcəyik.

- Bu gün Azərbaycanın şəhid verməsi, antirerror əməliyyatı həyata keçirməsi, sizə təsir göstərdi?

- Bu fikri sona saxlamışdım. Oyuna çıxanda isinmədə eşitdik. Çx üzüldük. Allah rəhmət eləsin, yaxınlarına səbr versin. Sanki bir neçə müddətdən bunları eşitmək bizə xoş deyil. Bəzi hallar var ki, çalışmalıyıq ki, özümüzü düzgün idarə edək. Əgər bu gün yarışa çıxmışıqsa, çalışmalıyıq özümüzü düzgün idarə edək. Ancaq belə xəbərlər bizi həmişə üzür. Mənim üçün təsiri çox böyükdü. Bu gün burada rahat oturmağımızın səbəbkarları şəhidlərimiz olub. Hər birimizə bunun təsiri var. Ola bilər hansısa futbolçu eşitmədi. Amma biz azərbaycanlılar hamımız bilirdik. Oyundan sonra futbolçular arasında dialoq gedirdi. Hamı üzüldü. Buradakı legionerlərin hər biri azərbaycanlıdı. Komandanı çox sevirlər, özlərini mədəniyyətli aparırlar. Daim bizlərlədilər. İnanıram ki, onlara da təsir edəcək. İstəyərdim ki, şəhidlərimiz bir daha olmasın.

- Rusiya mətbuatı iddia edirdi ki, "Ferentsvaroş" "Qarabağ"la rahatlıqla oynayacaq. Sizcə, onlar sizi zəif hesab edirlər?

- Deməzdim ki, zəif hesab edirlər. Əlbəttə ki, istəyirlər öz yerliləri qalib gəlsin. Sizdən soruşsam ki, kimə güvənirsiz, mənə üstünlük verəcəksiz. Biz bu fikirlərə qapılmalı deyilik. Hansısa fikirlərə uymalı deyilik. Normaldı, öz yerlilərinə daha çox güvənirlər, nəinki mənə. Necə ki, siz mənə güvənirsiz.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

3-08-2022, 22:0

"Burdakından daha çox güc sərf etməli olacağıq" - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

19-07-2022, 22:0

"İsveçrəyə qələbə qazanmaq üçün gedəcəyik" - Qurban Qurbanov

Çempionlar Liqası

2-08-2022, 18:0

"Bura kimi gəlmişiksə, bizim də gücümüz az deyil" - Qurban Qurbanov

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 155
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 149
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə