• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qızın iki adaxlısı var?! - KÖŞƏ

Manşet / Yazarlar

6-07-2022, 11:0

Ölməz “O olmasın, bu olsun”a bu ölkədə, hətta bəlkə keçmiş SSRİ-nin bütün ərazisində baxmayan yoxdu.

Ötən əsrin əvvəllərində Bakıda yaşayan iki gəncin – Sərvərlə Gülnazın məhəbbətindən bəhs edən, Məşədi İbad və Rüstəm bəylə yanaşı, tacirlərin, qoçuların, məsəli bizdən uzaq, qələmini pula satan jurnalistlərin də yer aldığı bu əsərdən ən çox yadımda qalan ifadələrdən birini bu gün sərlövhəyə çıxarmışam. Adaxlıbazlığa çıxan Məşədi İbadın ayaqları altında dayanan hambalın dilindən çıxan bu söz bir andaca bütün şəhərə yayılır, hər kəs məsələyə öz maraqları çərçivəsində yanaşmağa çalışır. Hadisələrin sonrakı axarı ilə işim yoxdu, sadəcə, hambal indi həyatda olsaydı, “Şamaxı”da yaşananları görüb, yenə aləmə car çəkərdi.

Məsələ həm sadədi, həm gülməlidi, həm də düşündürücü. “Şamaxı” heç Zaur Axundovun vaxtında da Azərbaycan futbolunun mələyi deyildi. Sabiq klub prezidentinin məşqçi-futbolçu heyəti ilə özünəməxsus münasibətləri, yeri gələndə zorakılığa əl atması, hətta oyunun gedişində əvəzetmələri özünün etməsi haqda rəvayətlər nəinki Sərvərlə Gülnazın yaşadığı Bakını, ölkəni ağuşuna almışdı. Onun gedişinin ab-havanı qaydaya salacağını, eyniadlı rayona köçən “Şamaxı”nın iddialı bölgə təmsilçisinə çevriləcəyini düşünənlər artıq dırnaqlarını çeynəyir ki, bunun da səbəbi var. İş ondadı ki, komanda iyulun 1-də toplanışa sənəd üzərində baş məşqçi olan Rüstəm Əliyevin yox, faktiki heç bir səlahiyyəti olmayan Cavid Hüseynovun rəhbərliyi altında başlayıb. Cavidin personasına bir qədər sonra toxunacam. Hələlik altı cızılmalı olan məqam budu ki, klubun yeni rəhbərliyi Rüstəm bəyə münasibətdə olduqca hörmətsiz davranıb, gələn il mayın 31-nə qədər müqaviləsi olan məşqçini görməzdən gəlib. O da haqlı olaraq deyir ki, “məsələni bu yerdə qoymayacam, müqavilədəki bütün şərtlərin yerinə yetirilməsini tələb edəcəm”. Şübhəsiz, yerdən göyə qədər haqlıdı, nə etsə, yeri var.

Təbii ki, istənilən klubda yeni gələn rəhbərlik tanıdığı, güvəndiyi, gücünə bələd olduğu məşqçi ilə işləməyi xoşlayır. Burda qəbahət heç nə yoxdu. Rüstəm Əliyev də ağlı başında olan bir adam kimi hadisələrin belə axarına hazırdı. Amma heç belə bir adam yoxmuş kimi davranmaq, halallıq almamaq – bax, bu artıq qətiyyən xoşagələn məqam deyil və “Şamaxı” irəlidə belə davranışın cəzasını çəkərsə, şəxsən mən təəccüblənmərəm.
Elə Cavid Hüseynov da cəza çəkib, özü də mənəvi yox, hüquqi baxımdan. Jurnalist Rasim Əliyevin ölümünə görə karyerasının ən gözəl çağında – 2015-in avqustunda həbs olunan, 2016-nın oktyabrında azadlığa buraxılan Cavid bir daha əvvəlki formasına dönə bilməsə də, ən azı ictimaiyyət arasına böyük həyat dərsi alan adam kimi dönəcəyinə inam böyük idi. Amma son yaşananlar onu göstərir ki, dəyişən təkcə illərdi, təfəkkürdə yenilənmə yoxdu. Bu adam bütün Cəbrayıl camaatını inandırdı ki, rayonu təmsil edən iddialı komanda yaradıram. Doğrudan da, nələrsə etdi, hətta Region Liqasının qalibi oldu. “Cəbrayıl”ın 1-ci divizona buraxılmayacağını bilən kimi səntirləməyə başladı, adı ayrı-ayrı komandalarla yanaşı çəkildi. Şəxsən mən belə düşünürəm ki, “Cəbrayıl” onun üçün məqsədə çatmaq baxımından bir vasitə idi, yəni nə yerlibazlıq, nə torpaq ehtirası, sadəcə, ölkə futbolunun elitasında yer almaq üçün həmin an komanda yaradılmalı, diqqət mərkəzində olmalıydı. Sonra “Cəbrayıl”ın qalib olan heyətini dəyişdi, yeni komanda ilə UEFA Region Kubokuna qatıldı. Qatıldı deyəndə ki... Evdə - Şamaxıda keçirdiyi hər iki oyunda “Kolos”a uduzmaqla mübarizəni dayandırdı. Təkcə elə penaltini Aqşin Paşayevə tapşırdığına görə tənqidi haqq edən Hüseynov uğursuzluqdan sonra nə düşündüsə, “instaqram” hesabında belə yazdı: "Hürənlərə fikir verib "qızıl" vaxtınızı itirməyin, başınızı dik tutun və önünüzə baxın". Bu ifadədən belə çıxır ki, “Cəbrayıl”ı tənqid edən istənilən azərbaycanlı itdi və baş məşqçi də yetirmələrinə belələrinə fikir verməməyi məsləhət görür. Belə yanaşma və münasibət bir şəxsin faciəsidi, bədbəxtliyidi. Adam onu, komandasını tənqid edənləri ucdantutma “it” adlandırmaq üçün nə qədər aşağı səviyyəyə enməlidi?!

...Və indi də başqasının baş məşqçi olduğu bir komandanı utanıb-çəkinmədən məşqə çıxarır. Nə Rüstəm Əliyevdən xeyir-dua alıb, nə də onunla halallaşıb. Odu ki, mənim üçün çox maraqlıdı: görəsən, bu hərəkətin adı nədi və cəzası nə olmalıdı? Həm burda, həm də özünəməxsus qayda-qanunları olan məhbəsdə!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet / Günün xəbəri

5-06-2022, 12:0

“Şamaxı”nın yeni rəhbərliyi bu tarixdə məlum olacaq - ÖZƏL

Premyer-liqa / Manşet

21-06-2022, 17:0

İcra başçısı “Şamaxı”nı çalışdıracaq mütəxəssisi qəbul etdi

Ölkə futbolu / Manşet / Günün xəbəri

22-05-2022, 19:0

“Şamaxı”nın yeni baş məşqçisi məlum oldu - ÖZƏL

Premyer-liqa / Manşet

15-04-2022, 14:0

“Neftçi” “Şamaxı”da qəza keçirən azarkeşləri ilə maraqlanıb? - AÇIQLAMA

Aktual
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
Son xəbərlər
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
Daha çox
Oxunub: 291
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 246
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 216
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə