• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Manşet / Yazarlar

5-07-2022, 20:0

Futbol xüsusi bir dünyadı, qapıçılar isə ordakı əlahiddə kastadı. Bu ifadə boşuna deyilməyib.

Çünki yaxşı qolkiper komandanın yarısıdı. “Çərçivə”də səviyyəli əlcək sahibinin yer alması meydandakı başqa futbolçular üçün ayrıca motivasiya, rahat oynamaq deməkdi. Azərbaycan futbolunda son illərdə yerli qapıçı qıtlığı yaranıb. Premyer-liqanın son mövsümündə çıxış edən 8 komandanın altısında əsas qapıçı əcnəbi və ya “milliləşdirilənlərdi”. Sumqayıtın eyniadlı komandası uzun illərdi əsasən yerli, ölkə xaricində çıxış edən Azərbaycan əsilli və “milliləşdirilən” oyunçulara üstünlük verirdi. Hər kəs ümidli idi ki, “gənclik şəhəri”nin təmsilçisi futbolumuzun gələcəyi üçün yeni simalar, o cümlədən də qapıçılar yetişdirəcək. Amma ötən mövsüm “Sumqayıt” zəif çıxışla yadda qaldı. Əsasən də qapı xətti olduqca zəif təsir bağışladı.

Millinin üçüncü qapıçısı Aydın Bayramovun yer aldığı “kimyaçılar” yola saldığımız mövsümdə qapısından 46 top buraxmaqla “aşsüzən”ə çevrilən üç komandadan biri oldu. Qış fasiləsindən sonra isə uzun illərdi Azərbaycandan kənarda karyerasını davam etdirən “milliləşdirilən” Andrey Popoviç heyətə cəlb olundu. Azərbaycan pasportuna sahib 30 yaşlı ukraynalı vaxtilə aşağı yaş qrupları üzrə yığmalarımızda çıxış edib. O, hətta Berti Foqtsun dönəmində əsas milliyə də dəvət alaraq 2 oyunda özünü göstərib. Son 6 ildə Ukraynanın 1-ci liqasında - “Minay”, “LNZ Çerkası”, “Polyana” kimi komandalarda çıxış edib. Lakin Aleksey Baqanın böyük ümidlərlə “Sumqayıt”a gətirdiyi və son 8 oyunda şans verdiyi Popoviç uğursuz çıxışı ilə komandada yer alan qalan qapıçılara şükür oxutdu. Belə ki, klubun “1 nömrə”si sayılan Aydın Bayramov 13 oyuna 16, Tərlan Əhmədli 6 matça 13 top buraxdığı halda, 30 yaşlı Popoviç 8 görüşdə qapısında 17 qol görməklə yanaşı, kobud səhvlərlə də yadda qaldı. Ümumilikdə “Sumqayıt” cəmi 5 oyunda qapısını toxunulmaz saxlayıb ki, onun da 3-də qapıda Aydın Bayramov, qalan 2 matçda isə Andreylə Tərlan dayanıb. Qapıçılar çox oynamaqla yanaşı, yaşa dolduqca təcrübələri artır. Buna nümunə kimi Əssam əl-Hadarini, Bred Frideli, Tim Hovardı, Mark Şvartseri, İker Kasilyası, Peter Çexi, hazırda karyerasını davam etdirən Canluici Buffonu, Kasper Şmeyheli, Dieqo Lopesi və başqalarını göstərmək olar. Bəziləri deyər ki, axı Popoviçdən sadaladığınız qapıçıların performansını gözləmək absurddu. Zatən heç kim ukraynalının Buffon olmasını istəmir. Amma futbol azarkeşləri ukraynalının çempionatımızın ən yaşlı əlcək sahibi, 36 yaşlı Anar Nəzirov səviyyəsində oyun sərgiləcəyinə ümidliydi.

Adətən, komandaya 30 və daha artıq yaşa sahib qolkiperin cəlb edilməsi həm qapıda təcrübəli birinin dayanmasına, həm gənc əlcək sahibləriylə təcrübəsini bölüşüb nümunə olmasına, həm də meydanda qalan futbolçuların daha rahat oynamasına hesablanır. Bəs Popoviç özündən gənc olan Aydınla Tərlana hansı təcrübəsiylə nümunə göstərdi?! Baqa kimi təcrübəli mütəxəssis ukraynalını 8 oyunda 17 top buraxması və kobud səhvlərlə diqqət çəkməsi üçün cəlb etmişdi?! “Milliləşdirilən” ukraynalının nəticəsini istənilən debütant gənc qapıçı göstərə bilərdi. Ən əsası heyətdə yer alan qolkiperlərə sona qədər inanıb şans vermək olmazdı? Zəif çıxış edən qapıçıları daha zəifiylə əvəz etmək hansı məntiqə sığır? Növbəti mövsümdən “Sumqayıt”da legioner futbolçuların çıxış edəcəyini və Popoviç kimi əcnəbi qapıçıların cəlb olunmaq ehtimalını nəzərə alsaq, nəinki Aydın Bayramov, hətta “gənclik şəhəri” təmsilçisinin aşağı yaş qrupları üzrə komandarında yetişən gənc əlcək sahiblərinin də karyerasının “suya düşməsi” təhlükəsi yaranacaq. Tərlan Əhmədli “Turan Tovuz”a keçməklə karyerasını bataqlıqdan çıxardı. Görək qalanların aqibəti necə olacaq?

SSRİ futbolunun əfsanələrindən olan Vladimir Maslaçenko deyir: “oyunun anı qapıçının saçındakı incə tükdən asılıdı”. Aleksey Baqa əfsanəvi qapıçının aforizmini qulağında sırğa etməklə növbəti mövsümə hazırlaşsa, yaxşı olar.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Yazarlar

3-04-2022, 22:0

Popoviç yox, Aydın və Tərlan günahkardı - KÖŞƏ

Ölkə futbolu / Manşet / Günün xəbəri

15-03-2022, 15:0

“Sumqayıt” ukraynalı qapıçı transfer edir - AÇIQLAMA

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
Daha çox
Oxunub: 227
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 168
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə