• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qəflət yuxusunda olan “Sumqayıt”ı gözləyən təhlükə - TƏHLİL

Manşet / Yazarlar

1-07-2022, 13:0

Ötən mövsümü istənilən səviyyədə keçirməyən, çempionatın gedişində baş məşqçi dəyişikliyinə gedən “Sumqayıt” iyunun 27-də təlim-məşq toplanışının ilk mərhələsinə başlayıb.

Komanda doğma şəhərdə bir araya gəlib. Komanda deyərkən...

Məcburiyyətdən atılan addım

“Sumqayıt”ın ilk məşqi əsas komandadan çox, əvəzedicilərin məşqini xatırladırdı. Ötən mövsümün sonunda Rəhim Sadıxov, Əli Qurbani, Anatoli Nuriyev, Camaləddin Xocaniyazov, Tellur Mütəllimov, Andrey Popoviç, Elton Turabov kimi futbolçuları itirən “kimyaçılar”ın düşərgəsində 2020/21 mövsümündə “bürünc” qazanan kollektivdən cəmi 12 oyunçu qalıb. Bu üzdən yeni mövsümə hazırlılğın startında Aleksey Baqa məşqə bir neçə ay öncə “kimyaçılar”ın “ikinciləri”nin formasını geyən gəncləri dəvət etməyi lazım bilmişdi. O gəncləri ki, geridə qoydumuz “futbol ili”ndə birinci divizionda 13 komanda arasında 11-ci olub. Təbii ki, belaruslu mütəxəssis bu addımı məşqdə yetərsay olsun deyə atıb. Yoxsa nəyə görə divizionda autsayder olan komandanın üzvləri əsas komandaya cəlb olunsun?!

Büdcəni bəhanə edib transferləri gecikdirmək olmaz

Mövsümlərarası fasilədə aparıcı üzvlərini itrən “ağ-göylər” hazırda “transfer bazarı”nda passivliyi ilə seçilir. “Kimyaçılar” yalnız Vüsal İsgəndərlini “rənglərinə bağlaya” bilib ki, onun da komandaya nə dərəcədə uyğunlaşa biləcəyi sual altındadı. Bu yerdə ortaya sual çıxır: görəsən, rəhbərlik nə düşünür, niyə komandanı gücləndirmək yönündə hərəkətə keçmir? Kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, rəsmilər yeni mövsüm üçün büdcənin təsdiq olunmasını gözləyirlər. Yəni əldə olan vəsaitə uyğun addım atmağı planlaşdırırlar. Bu yerdə ortaya növbəti sual çıxır: məgər premyer-liqanın başqa klublarının büdcələri təsdiq olunub? Tutaq ki, “Qarabağ”, “Neftçi”, “Səbail”, “Sabah”, “Zirə” kimi klublarda bu suala aydınlıq gəlib. Bəs o biriləri? 9 ildən sonra elitaya dönən “Turan Tovuz”, demək olar, hər gün hansısa yerli futbolçu ilə anlaşdığını ictimaiyyətə açıqlayır, Konfrans Liqasına hazırlaşan “Qəbələ” Türkiyəyə yollanmaq üçün pul axtarışına çıxmasına baxmayaraq, heyətinə yeni oyunçular dəvət edir, baş məşqçisi rəsmən açıqlanmayan və demək olar, sıfırdan qurulan “Şamaxı”nın belə bəzi yerli futbolçularla ortaq məxrəcə gəldiyi söylənilir. Bir daha qeyd edirəm ki, adını vurğuladığım klubların da büdcəsi hələ təsdiqlənməyib, hansı maliyyə ilə yola çıxdıqları müəyyənləşməyib. Buna baxmayaraq, yenə axtarışdadılar, heyəti gücləndirmək üçün əməli addımlar atırlar. “Sumqayıt” isə hələ “qəflət yuxusundadı” və bu röyadan nə vaxt ayılacağı bilinmir. Büdcənin təsdiqini gözləyən klubun başbilənləri və baş məşqçisi anlamalıdı ki, qiymətli zamanı əldən verirlər. Sabah çempionatda hansısa uğursuzluq yaşanacağı halda, “heyəti komplektləşdirmək yönündə gecikdik” bəhanəsi gətirməmək, sumqayıtlı azarkeşlərin qınağına tuş gəlməmək üçün indidən transferləri reallaşdırmaq lazımdı.

Hardadı legionerlər?

“Sumqayıt” yaranan gündən rəhbərliyin bir dərdi olub: kluba nə vaxt başqa elita təmsilçiləri kimi legioner transfer etməyə icazə veriləcək? Əslində bu icazə ilk gündən var. Sadəcə, Almaniyadan, Türkiyədən, Belçikadan, Niderlanddan, İrandan və Rusiyadan dəvət olunan futbolçular “milliləşdirildiyindən” legioner sayılmayıblar. “Sumqayıt” bir növ “qanun uzun dirəkdi. Üstündən atdanmaq olmasa da, yanından ötüb keçmək olar” prinsipi ilə hərəkət edib. Bu yay isə legionerlərin cəlb olunması qanuniləşdi, kluba əcnəbi dəvət etmək yönündə “yaşıq işıq yandırıldı”. İllərboyu “kaş ki bizə də əcnəbi dəvət etməyə icazə veriləydi” eşqi ilə yanan rəıhbərlik nədənsə tabu götürülməsinə baxmayaraq, bu istiqamətdə addım atmağa tələsmir. Hələ ki düşərgəyə hansısa legionerin dəvət olunduğunu nə eşitmişik, nə də görmüşük. Düzdü, yenə kluba yaxın mənbələrdən əldə etdiymiz məlumata görə, başbilənlər legioner axtarışına çıxıblar və bir neçəsi ilə artıq danışıqlar da aparıblar. Ancaq onların keçidinin nə vaxt reallaşacağı sual altındadı.

Yeni stadion amili

Ötən mövsümün “Sumqayıt” üçün uğursuz olduğu heç kimə sirr deyil. “Kimyaçılar” 8 komandalı çempionatda 6-cı yeri tutdular ki, yalnız öz aralarındakı oyunlara görə eyni xala malik “Şamaxı”nı qabaqlamağı bacardılar. Klubun tarixinə düşən 2020/21 mövsümündən sonra “Sumqayıt”ın belə uğursuz çıxışını bəlkə də çoxları gözləmirdi. Ancaq reallıq odu ki, “gənclik şəhəri”nin təmsilçisi 2021/22 “futbol ili”ni müəyyən səbəblərdən boşa verdi, böhrandan çıxa bilmədi. Avqustun 5-də 31-ci ölkə çempionatına start veriləcək. Bu ilin sonuna qədər böyük ehtimalla yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu da qapılarını azarkeşlərin üzünə açacaq ki, belədə şəhərin tək komandası ev oyunlarını müasir standartlara cavab verən arenada keçirəcək. Yeni stadionda oynayacaq komanda ötən mövsümdəki kimi “qara gündə” olarsa, nə klubun əsas himayədarı “Azərikimya”, nə də şəhər rəhbərliyi bunu “kimyaçılar”ın rəsmilərinə bağışlayacaq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-06-2022, 14:0

Daha bir futbolçu “Sumqayıt”dan ayrıldı - ÖZƏL

Ölkə futbolu

4-05-2022, 19:0

"Sumqayıt" - "Neftçi" - Start heyətlər

Premyer-liqa / Manşet

21-06-2022, 13:0

“Bununla bağlı mətbuata açıqlama verməyi düzgün hesab etmirəm” - “Sumqayıt”ın idman direktoru

Aktual
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
Son xəbərlər
  • Bu gün, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Bu gün, 14:36
    "Səbail"dən daha bir transfer
  • Bu gün, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Bu gün, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Bu gün, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
Daha çox
Oxunub: 305
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 249
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 216
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə