• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Niyə Mehman Allahverdiyev “yuva”ya döndü? - TƏHLİL

Manşet / Yazarlar

25-06-2022, 15:0

Son günlər “Kəpəz”də həyat qaynayır.

Bir neçə gün öncə Gəncə təmsilçisi 6 futbolçu ilə müqavilə müddətini uzatmadığını ictimaiyyətə açıqlamışdı. Srağagün isə “sarı-göylər”in mətbuat xidməti klub rəhbərliyinin 4 oyunçu ilə yeni anlşamaya imza atdığı barədə xəbər paylaşıb. Söhbət ötən mövsüm divizionda çıxış edən komandanın şərəfini qoruyan Tural Rzayev, Nicat Süleymanov, Bəhruz Teymurov və Elçin Əlicanovdan gedir. Adlarını çəkdiyimiz futbolçularla 2022/23 mövsümünün sonuna kimi müqavilə bağlanıb.

Mehman Allahverdiyev “yuva”ya döndü

Bu arada klubun idarəçiliyində də yenilik baş verib. Vaxtilə “sarı-göylər”də baş məşqçi, vitse-prezident, icraçı direktor kimi çalışmış Mehman Allahverdiyevin 6 ildən sonra kluba qayıdışı gerçəkləşib. Allahverdiyev bu dəfə Gəncə təmsilçisinin idman direktoru vəzifəsinə təyinat alıb. Onunla müqavilənin müddəti də bir il üçün nəzərdə tutulub. Xatırladaq ki, "Kəpəz" müstəqillik dönəmində ən böyük uğurlarını məhz Mehman bəyin rəhbərliyi altında qazanıb. Nizami yurdunun təmsilçisi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub, çempionatın gümüş və bürünc medallarını qazanıb.

Onu niyə qaytardılar?

“Kəpəz”in premyer-liqada və ya divizionda çıxış etməsindən asılı olmayaraq, daim “Gəncə futbol şəhəridi” fikrini eşitmişik. Gəncənin futbol təsərrüfatında həmişə intriqaların yaşandığını, müxtəlif qruplaşmaların olduğunu görmüşük və bu gün də xoşagəlməz ənənə davam etməkdədi. Ölkənin futbol ənənələri ilə öyünən ikinci şəhərində “Kəpəz” futbol veteranları üçün daim “yağlı qoğal” təsiri bağışlayıb. Sanki klubda hakimiyyəti ələ keçirmək, rəhbər postda oturmaq Gəncənin giriş qapısı sayılan Dövlət Yol Polisinin Zazalı postundan Şəmkir postuna kimi böyük əraziyə nəzarət etmək kimi qürurverici olay, gücün, hakimiyyətin bariz göstəricisidi. Bu səbəbdən Nizami yurdunun təmsilçisi uğrunda daim klanlararası mübarizəyə şahidlik etmişik. Yaşar Vahabzadənin “sarı-göylər”in baş məşqçisi kimi premyer-liqada işini davam etdirəcəyi hələ mayın sonlarında məlum idi. Baxmayaraq ki, bu məsələ rəsmi şəkildə ictimaiyyətə açıqlanmamışdı. Ancaq Gəncənin futbol veteranları bunu yaxşı bilirdilər və buna görə şəhərdə antiyaşar kampaniyasına start verilmişdi. Demək olar ki, hər gün başda Firuz Qulami olmaqla, bir qrup veteran mətbuata Vahabzadənin fəaliyyətindən narazılıq edir, müxtəlif yerlərə şikayət məktubları ünvanlayırdılar. AFFA rəhbərliyi bu dedi-qodunu, narazılığı aradan qaldırmaq üçün siyasi gediş etməyi lazım bildi. Məhz bu səbəbdən 6 ildən sonra Allahverdiyevi kluba qaytardı ki, gəncəli veteranlar sakitləşsinlər, Gəncə futbolunun “xaç atası” sayılan 62 yaşlı mütəxəssisə görə “Kəpəz”də suları bulandırmasınlar. Ancaq assosiasiya rəhbərliyinin bu addımı özünü doğruldacaqmı? Çətin… Çünki yuxarıda qeyd etdiyimiz kimi, ölkənin ikinci şəhərində “Kəpəz” uğrunda fərdlər yox, artıq klanlar arasında mübarizə gedir. Vaxtilə butslarını mismardan asandan sonra müxtəlif sahələrdə pul qazananlar – bukmeker kontoru işlətməkdən tutmuş, ticarətə qədər – indi həmin sahələrdə istədiklərini əldə edə bilmədiyindən yenidən “pul futboldadı” prinsipinə əsaslanaraq, bu sahəyə üz tutmağı planlaşdırıblar. Və bu yolda uğur qazanmaq üçün əməlli-başlı hərəkətə keçiblər. Sabah Yaşar Vahabzadənin istefasına nail olub “Kəpəz”in “sükanı arxasına” yerli kadr keçsə belə, Gəncədə yenə ona qarşı müxalifət olacaq, yenə futbol qalacaq bir tərəfdə, futbolun ətrafında oyunlar gedəcək. Bu proses illərdi davam edir və görünən odu ki, belə də davam edəcək… Ola bilər ki, Allahverdiyevə görə bir müddət Gəncə futbolunda “atəşkəs” elan olunsun, “Kəpəz”də söz sahibi olmaq uğrunda mübarizə aparan qüvvələr bir qədər sakitləşsinlər. Ancaq bu “tufanqabağı sakitliyə” bənzəyəcək.

Xaliq Mərdanov da yaddan çıxmadı

Mehman bəyin ardından daha bir yerli kadr klubda işlə təmin olundu. Əvəzedici heyəti çalışdırmaq “Kəpəz”in veteranlarından biri hesab olunan Xaliq Mərdanova tapşırıldı. Onunla da birillik müqavilə bağlanıb. Xatırladaq ki, Mərdanov 2015-17-ci illərdə “sarı-göylər”in baş məşqçisi olmuş Şahin Diniyevin köməkçisi kimi əsas komandanın məşqçilər korpusunda yer alıb. Bu isə o deməkdi ki, klubu maliyyələşdirən AFFA gəncəli veteranları sakitləşdirmək üçün daha bir yerli kadrı iş başına gətirməyi lazım bilib. Bundan sonra kim gələcək, hansı vəzifəyə təyin olunacaq - bunu zaman göstərəcək. Uzağı sentyabrda “Kəpəz”də yeni təyinatlar olsa, heç də təəccüblənməyin…

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

23-06-2022, 15:0

Tanınmış mütəxəssis yenidən "Kəpəz"də - RƏSMİ

Premyer-liqa

20-06-2022, 09:0

Tural Axundovun yeni klubu bəlli oldu - RƏSMİ

Aktual
"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Son xəbərlər
  • Bu gün, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 16:37
    Karyerasını başa vurdu
  • Bu gün, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Bu gün, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Bu gün, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Bu gün, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Bu gün, 14:36
    "Səbail"dən daha bir transfer
  • Bu gün, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Bu gün, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Bu gün, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 305
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 252
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə