• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Heç kimin bizdən asanlıqla xal almaması üçün vuruşmalıyıq”

Ölkə futbolu / Manşet

26-06-2022, 13:0

Vaxtilə “Neftçi” və “Qarabağ” kimi iddialı klublarda çıxış edən millinin sabiq üzvü Elvin Yunuszadə uzun müddət idi futboldan kənarda qalmışdı.

Son illərdə legioner həyatı yaşayan müdafiəçi ötən il “Şkupi”dən “Keşlə”yə keçdi. Lakin bu komandada da şans qazana bilmədi. Onun artıq yeni komandası da bəllidi. 29 yaşlı müdafiəçi elitaya qayıdan “Kəpəz”in uğurları üçün çalışacaq. Maraqlıdı, Yunuszadə futbolsuz qaldığı müddətdə nə işlə məşğul olub? Onunla bu və başqa məsələlər ətrafında söhbətləşdik.

- Təxminən iki il futboldan uzaq qaldın. Yenidən futbola, premyer-liqaya qayıdırsan. “Kəpəz”ə keçid necə baş tutdu?

- Düzdü, futboldan bir az uzaq qaldım. Amma məşqlərə davam edirdim. Şəxsi məşqçim var idi, onunla bir yerdə hazırlaşırdım. Məşqləri rayonda keçirdim. Havasına, suyuna görə rayon mənim üçün daha rahat idi. Bir gün Gəncəyə gedəndə futbolçu yoldaşlarla yolüstü görüşmək istədim. Elə oldu ki, Yaşar Vahabzadə ilə də görüşdük. Uzun illər milli komandada məşqçim olub. Dedim ki, tək məşq edirəm, istəyirəm komandayla məşqlərə qoşulum. Sağ olsun, şərait yaratdı. Çempionat bitəndən sonra isə söhbət etdik və “Kəpəz”lə müqavilə bağladım.

- İşsiz qaldığın müddətdə dolanışıqda problem yaşamadın?

- Belə deyək, mən bir mövsüm futboldan uzaq qaldım (gülür). Ondan əvvəl oynayırdım. Min şükür, pis-yaxşı dolandıq.

- Bir məşqdən kənarda qalmaq belə idmançıya mənfi təsir göstərir. Bu müddətdə fərdi məşq etsən də, komanda şəklində nə hazırlıq keçdin, nə də oyuna çıxdın. Bu məqam növbəti mövsüm problem yaratmayacaq?

- Əlbəttə, oyamaq futbolçu üçün çox vacibdi. Amma belə baxanda, 1 il zədəyə görə oynamayan futbolçular var. Tədricən məşqlərə, yoldaşlıq oyunlarına çıxanda özünə gəlirsən. “Qarabağ”dan ayrılandan sonra da bir müddət oynamadım. Ondan sonra “Səbail”ə keçdim. Elə 1-ci turda həm qol vurdum, həm də turun ən yaxşı oyunçusu seçildim. Amma çox adam deyirdi ki, uzun müddətdi oynamırsan, çətinlik olacaq. Doğru iş görürsənsə, məşqlərini düzgün edib hazırlaşırsansa, niyə də düzəlməyəsən?! Bilirəm ki, bir neçə oyundan sonra hər şey qaydasına düşəcək.

- Bir neçə klubla danışıq apardığını demişdin. “Kəpəz”i seçməyinə nə səbəb oldu?

- Təbii ki, Yaşar Vahabzadə. Milli komandada uzun illər bir yerdə işləmişik. Onun futbol fəlsəfəsinə bələdəm. Həm də “Kəpəz” böyük tarixə malik komandadı. Bura keçmək mənim də ürəyimcə oldu. Yaşar müəllim də mənə çox inanır, potensialımı bilir.

- Başqa hansı klublardan təklif var idi?

- Açığı, heç bir klubla danışmamışdım. Çünki çempionat bitmədən “Kəpəz”də məşq etməyə başlamışdım. Ona görə başqa klubla danışıq aparmağım düzgün olmazdı. Bu komandaya keçidim alınmasaydı, başqaları ilə danışıqlar baş tutacaqdı.

- “Kəpəz” növbəti mövsüm sözünü deməyi bacaracaq?

- Heç kimin bizdən asanlıqla xal almaması üçün vuruşmalıyıq. İnşallah, avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağıq.

- Sabiq klubların “Neftçi” və “Qarabağ”dan avrokuboklarda nə gözləyirsən?

- Ümumiyyətlə, “Neftçi”ylə “Qarabağ” oynadıqları hər turnirdə iddialı olublar. Hər iki komandanın rəqibi “dişinə görədi”. Asanlıqla keçə biləcəkləri rəqib olmasa da, inşallah, növbəti mərhələyə vəsiqə qazanacaqlarına inanıram.

ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

21-06-2022, 10:0

Elvin Yunuszadə karyerasını bərpa etdi - RƏSMİ

Ölkə futbolu

12-06-2022, 11:0

Elvin Yunuszadə təklifləri dəyərləndirir - AÇIQLAMA

Ölkə futbolu

31-05-2022, 13:0

Yaşar Vahabzadə onu “Kəpəz”ə gətirməkdə tərəddüd edir

Aktual
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
Son xəbərlər
  • Bu gün, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Bu gün, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Bu gün, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Bu gün, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 16:37
    Karyerasını başa vurdu
  • Bu gün, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Bu gün, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Bu gün, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Bu gün, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Bu gün, 14:36
    "Səbail"dən daha bir transfer
  • Bu gün, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Bu gün, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Bu gün, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
Daha çox
Oxunub: 305
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 255
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 213
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə