"Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi "Qarabağ" və "Neftçi"nin sabiq üzvü Elvin Yunuszadəni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
"Neftçi", "Qarabağ", "Sabah", "Səbail", Şimali Makedoniyada "Şkupi", Bosniya və Herseqovinada "Çelik"də çıxış edən futbolçunun son iş yeri "Şamaxı" olub.
"Kəpəz" bundan əvvəl Tural Axundovu heyətinə cəlb edib.
Elvin Yunuszadə karyerasını bərpa etdi - RƏSMİ
Premyer-liqa


