Mini-futbol yığmasının Rumıniya ilə final matçında yeganə qolunu vuran Seymur Məmmədov jurnalistlərin əhatəsinə düşdü.
Milli üzvü bir neçə sualı cavablandırmaqla kifayətləndi.
- Son matç haqda fikirlərin necədi?
- Bizim üçün ağır oyun oldu. Hamı bilirdi ki, Rumıniya 6 dəfə çempion olub. Çalışdıq və qələbə qazandıq. Şükürlər olsun, buna layiq idik.
- Ora gedəndə belə hiss var idi ki, çempion olacaqsız?
- Əlbətə, var idi. Bunun üçün əlimizdən gələn hər şeyi etdik.
- İlk dəfə milli komanda belə ciddi hazırlaşırdı. Çempionluq bu hazırlığın nəticəsidi?
- Demək olmaz ilk dəfə idi. 2018-ci ildə də getmişdik, lakin onda tam heyət yox idi. Təcrübəmiz də az idi. İndi rəhbərlik, dostlar tərəfindən nə lazımdısa, təşkil olundu.
- Finalda yeganə qolu sən vurdun. Hisslərini bilmək maraqlı olardı...
- Nə fikirləşəcəm? Hər şey Azərbaycan xalqı üçündü.
- Finaldan sonra azarkeşləri hava limanına çağırmışdın. Gördüklərindən razısan?
- Razıyam. Qardaşlar var olsun, gəldilər, bizə dayaq oldular.
- Rumınlara ilk oyunda uduzsaz da, həlledici matçda onları məğlub etdiz.
- İlk qarşılaşmadan nəticə çıxardıq və finalda onları məğlub etdik.
İLKİN SULTANLI