• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“44 yaşında Avropa çempionu olmaq fərqli hissdi”

Ölkə futbolu

15-06-2022, 10:0

Avropa çempionu olan mini-futbol yığmamızın kapitanı komandanın ən yaşlı oyunçusu idi.

Söhbət 44 yaşlı qapıçı Ramin Həsənzadədən gedir. Zədə üzündən turnirdə yalnız startda oynayan, onda da yekunda Avropa çempionatının ən yaxşı qapıçıs seçiləcək Davud Kərimiylə əvəzlənən Həsənzadə də jurnalistlərin suallarını cavabladı.

- Hazırda burda möhtəşəm ab-hava var. Belə qarşılanmanı gözləyirdiz?

- Bəli. Hələ Slovakiyada olanda artıq bizə xəbər çatmışdı ki, möhtəşəm qarşılanma olacaq. Hamımız bu gözəl ab-havanı gözləyirdik və bunu yaşadanların hər birinə minnətdarıq.

- Turnirdən öncə çempion olacağınıza inanırdız?

- Birinci Avropa çempionatında - Ukraynada keçirilən yarışda da iştirak etmişdim. Budəfəki turnirə yollanmamışdan öncə bir müsahibə vermişdim və demişdim ki, Slovakiyaya çempion olmağa gedirik. Həmin videoçarxlar internetdə var. O vaxt hamı mənə bir az güldü, dediyimi ciddi qəbul etmədilər. İndi isə həmin çıxışım olan videoçarxı çoxları paylaşır ki, bəs öncədən deyilmişdi.

- Bu inamın nəyəsə söykənməli idi axı...

- Bilirsiz, 4 ildi bu yarışa hazırlaşırdıq. Pandemiya dönəmində uşaqlar SMS-lə icazə alıb, gəlib məşq edirdilər. 2 saat vaxt götürüb, 1 saat məşq edib qayıdırdılar. Yayda o istidə hamı dincəlirdi, biz 40 dərəcədə məşq edib yarışa hazırlaşırdıq. Yəni elə bir hazırlıq idi ki, nəticəsi də olmalıydı. İnşallah, oldu da. Dörd ildə o qədər hazırlaşmışıq ki, başqa cür ola bilməzdi. Əziyyətimiz bəhrə verdi.

- Kapitan olsan da, turnirdə az oynadın. Startda Rumıniyaya qarşı çıxış etdin, sonradan əsasən həmkarın Davud Kərimi qapını qorudu...

- Rumınlarla birinci oyunun gedişində çiynimdən zədə aldım, nəticədə Davud qapıda dayandı. Bu yığmadı, burda milli dəyərlər var. Zədələnməyimdən sonra Davudun oynaması bəlkə də onun parlaması baxımından böyük bir şans oldu. Şükürlər olsun Allaha ki, Avropa çempionatının ən yaxşı qapıçısı oldu. Millimizdə ən yaxşılardan biri idi.

- Davuda hansı məsləhətləri verirdin?

- Hər oyuna gedəndə də, fasilədə də danışırdıq, məsləhətləşirdik. Nə lazımdısa, hamısını ona ötürürdüm.

- Karyeran daha çox futzala bağlı olub, zirvəyə isə mini-futbolda çatdın. Necə müqayisə aparardın?

- Necə deyim sizə, 44 yaşında Avropa çempionu olmaq fərqli hissdi. İdman növünün fərqi yoxdu. Mini-futbolda bunu bacardıqsa, Alaha min şükür!

- Kapitan kimi kuboku başı üzərinə qaldıranda hansı hissləri keçirdin?

- Bunu sözlə çatdırmaq olmaz, gərək yaşayasan. Onda hər şey yaddan çıxır, bayraq ucalır, himn səslənir… Bundan vacib heç nə ola bilməz!

- Bu yaşdan sonra da çıxışını davam etdirməyi düşünürsən?

- Bəli. İnşallah, qarşıda bizi dünya çempionatı gözləyir. Ora da iddialı yollanacağıq. Özü də Avropa çempionu statusunda.

- İndidən deyə bilərsənmi ki, dünya çempionu olacağıq? Sonradan bunu xatırladaq…

- (gülür) Dünya çempionu yox, “mükafatçısı” deyərdim.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Video

8-06-2022, 14:0

Azərbaycanlı qolkiper Avropa çempionatında elə qol vurdu ki... - VİDEO

Maraqlı

13-06-2022, 10:0

Avropa çempionları vətənə döndü

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Bu gün, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Bu gün, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Bu gün, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 103
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə