• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov məni Romaya necə qaytardı? - KÖŞƏ

Manşet / Yazarlar

27-05-2022, 17:0

2017-ci ilin dekabrı həyatımın ən unudulmaz aylarından biridi.

Daha doğrusu, həmin ayın ilk günləri. Uşaqlıq arzum gerçəkləşmişdi, İtaliyanın paytaxtı Romaya yollanmışdım. Rənglərini sevdiyim, əfsanəvi Totti ilə birlikdə qəlbimizə yol tapan “Roma”nın oyununu tarixi Olimpiya stadionunda canlı izləmək mənə nəsib oldu. Taleyimiz elə gətirib ki, belə səfərlərə istədiyimiz vaxt yollanmağa, dünyanı gəzməyə maddi imkanımız çatmır. Unudulmaz səfərimin gerçəkləşməsinin səbəbi isə “Qarabağ”ın Çempionlar Liqasının qrupuna vəsiqə qazanması və “Roma”ya rəqib olması idi. “Roma”nın oyununa stadionda canlı baxmaq, özü də Çempionar Liqasının qrupunda! Eyni hissləri yaşayanlar, belə arzularına çatanlar məni yaxşı başa düşər. Həmin axşam “Roma”nın rəqibi “Qarabağ” olduğundan azarkeşlik hisslərini bir kənara buraxmışdım. Sadəcə, möhtəşəm futboldan zövq almaqdaydım...

Əsas komandaların oyunundan əvvəl meydan gənclərə verilmişdi. Gənc “canavarlar”la bizim “köhlən atlar” şəhər kənarındakı əla örtüklü meydanda güclərini sınayırdı. Düzdü, qarşılaşma Rəşad Sadıqovun komandasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşdı. Amma bizimkilər heç də italiyalı həmyaşıdlarından geri qalmadılar, onlarla “Qarabağ”ın adına layiq mübarizə aparmağa çalışdılar. Sözsüz, həm təcrübə, həm də ustalıq səviyyəsi yekun nəticədə özünü göstərdi. Sadıqov meydana buraxdığı heyəti qısa müddətdə toplayıb, cəmi bir neçə aya komanda yaratmışdı. Rəqibin durumu isə fərqli idi. Hər halda, siz də razılaşarsız ki, “Roma”nın uşaq komandaları, akademiyası ilə hansısa formada müqayisə aparmağımız düzgün olmaz. Həmin o səviyyə fərqi də özünü meydanda göstərdi. “Qarabağ”ın gənclərinin əzmkarlıq, istək sayəsində nəsə əldə etməsinə illərlə bir yerdə oynayan, yaxşı məktəb görən, əsl akademiya səviyyəsində futbolun incəliklərini öyrənən romalı gənclər imkan vermədi.

Oyundan sonra Rəşad Sadıqov Bakıdan gələn jurnalistlərin əhatəsinə düşdü. Ayaqüstü brifinqdə həm də “Qarabağ”ın gənclərinin yüksək səviyyəli yarışdakı çıxışına yekun vurdu. Gənc çalışdırıcı bizimlə xeyli açıq və səmimi danışdı. İllərlə ürəyində yığılıb qalan problemləri dilə gətirdi. Həyəcan siqnalı çalmağa, Romadan Bakıya mesaj göndərməyə çalışdı. Bildirdi ki, bu gedişlə Azərbaycan futbolunu gələcəkdə yaxşı heç də gözləmir. Belə davam etsə, nə milli komandalarda, nə də klublarımızda meydana buraxmağa yerli futbolçu tapacağıq. Üzdə olan 3-5 futbolçu da itib-batacaq, onların da yerini doldurmaq mümkün olmayacaq. Bu qədər boşluğu “milliləşdirmə” ilə doldurmaq, yığmaların və klubların heyətində ordan-burdan “tapılan” aşağı səviyyəli futbolçuları oynatmaqla uğur qazanmaq mümkün olan iş deyil. Şəxsən mənim üçün Rəşad bəyin dedikləri yenilik deyildi. Biz onsuz da bütün başverənləri görə-görə, faciələrimizə şahidlik edə-edə gəlirdik. Tək ümidimiz o idi ki, Sadıqovun Romadan yolladığı mesajları Bakıda eşidərlər, eşitməyənlərə də çatdırarlar. Ondan sonra Azərbaycan futbolunda, nəhayət, dəyişikliklər başlayar, doğru yola yönələrik.

Təəssüf ki, bütün bunlar olmadı. Təxminən beş il keçib, dostlar. Bu müddət ərzində biz nə etmişik? Qurban Qurbanovla Rəşad Sadıqovu hər vasitə ilə milli komandalardan uzaqlaşdırmağa çalışıblar. Əvvəlcə başımızda dəlləklik öyrənən Nikola Yurçeviçə qucaq açmışıq, sonra da təqaüd yaşına çatan Canni de Byaziyə. “Qızıl orta”nı tapmaq, milli komandaları etibarlı əllərə vermək mümkün olmayıb. Çünki futbolumuzun başında oturanların siyasəti səhv olub. Ona görə də futbolumuz 90-cı illərin ortalarına qayıdıb, millimiz yenə də qrupda son pilləyə abunəçi olmağa başlayıb. Özü də cəmi 1 xalla. Bütün bunlara sakitcə tamaşa etmək, uçurumun kənarına necə sürətlə yaxınlaşdığını görüb dillənməmək isə hər adamın işi deyil. O cümlədən də bizim, qələm əhlinin vicdanlı kəsiminin.

Tək təsəllim odu ki, Qurban Qurbanov da başverənlərə seyrçi mövqe tutmaq, gördüklərinə susmaq istəmir. Yenidən danışmağa, “yatanları” oyatmağa çalışır. Qurban bəy Azərbaycan futbolunda böyük nüfuz sahibi, inanılmaz şəxsiyyətdi. O danışmağa başlayırsa, sözünün eşidiləcəyinə inamım böyükdü. “Azərbaycan futbolunu yaxşı heç nə gözləmir” – bu gözləri Qurbanov deyib. Özü də ictimaiyyət nümayəndələri ilə görüşdə. Onun bu açıqlamasını oxudum, xəyalən Romaya qayıtdım. Rəşad Sadıqovun az əvvəl bəhs etdiyim brifinqini xatırladım. Həmin vaxt gənc çalışdırıcının sözləri ciddiyə alınmadı, lazımi ünvanlara çatmadı. Ümid edək ki, bu dəfə belə olmayacaq. Azərbaycan futbolu, daha doğrusu, onun idarəçiləri və idarəetmə forması dəyişməlidi. Başqa yolumuz yoxdu. Əks halda Qurban bəyin dediyi kimi, bizi yaxşı heç nə gözləmir....

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
Son xəbərlər
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Dünən, 16:37
    Karyerasını başa vurdu
  • Dünən, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Dünən, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Dünən, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Dünən, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Dünən, 14:36
    "Səbail"dən daha bir transfer
  • Dünən, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Dünən, 13:58
    Vernidub daha iki il "Neftçi"də
Daha çox
Oxunub: 360
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 267
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə