Bununla bağlı bu gün “Foottball-plus.az” saytına ilginc məlumat daxil olub.
Mənbəmizin söğzlərinə görə, komandanın fəaliyyətinə son qoyulması göstərişi SOCAR-dan gəlib.
Söylənilənlərə aydınlıq gətirmək üçün EKOL-un kapitanı Namiq Məmmədkərimovla əlaqə saxladıq. Təcrübəli futzalçı saytımıza açıqlamasında deyilənləri təsdiq etdi:
“Dünən EKOL-un soyadını unutduğum Ramin adlı rəhbəri kollektivi qəbul etdi. Son illərdə komandanın çıxışından, əldə olunan uğurlardan danışandan sonra bildirdi ki, artıq EKOL-un fəaliyyətinə nöqtə qoyulur. Bundan sonra kollektivə himayədarlıq edə bilməyəcək. Söhbət əsnasında göstərişin SOCAR-dan gəldiyini də vurğuladı. Çox qəribədi ki, bu söhbət artıq iki gündü bilinir, ancaq nədənsə heç kim bunu ictimaiyyətə açıqlamaq istəmir. Təsəvvür edin 14 illik komanda dağılır, ancaq heç kimin vecinə deyil. Sonra da deyirik ki, niyə Avropa çempionatında və ya başqa mötəbər turnirlərdə uğur qazana bilmirik. EKOL ölkə futzalında müəyyən çəkisi olan 3 komandadan biri idi, heyətdə təcrübəli futzalçılar yer alırdı. Belə çıxır futzal heç kimə lazım deyil, sadəcə, gəlişigözəl sözlər də ancaq mətbuatda çıxış etmək üçün imiş”.
RƏŞAD