• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

SOCAR EKOL-u tarixin yaddaşına “gömdü”

İdman

20-05-2022, 20:0

Cari mövsümdə futzal üzrə yüksək liqanın ikincisi olan, finalda “Araz Naxçıvan”a yenilərək gümüş medallara sahib çıxan EKOL srağagün fəliyyətini dayandırdı.

Başverənlərlə bağlı qəzetimizə açıqlama verən komandanın kapitanı Namiq Məmmədkərimov ürəkyanğısı ilə xəbəri təsdiqlədi:

“Srağagün EKOL-un soyadını unutduğum Ramin adlı rəhbəri kollektivi qəbul etdi. Son illərdə komandanın çıxışından, əldə olunan uğurlardan danışandan sonra bildirdi ki, artıq EKOL-un fəaliyyətinə nöqtə qoyulur. Bundan sonra kollektivə himayədarlıq edə bilməyəcək. Söhbət əsnasında göstərişin SOCAR-dan gəldiyini də vurğulamağı unutmadı. Çox qəribədi ki, bu söhbət artıq iki gündü bilinir, ancaq nədənsə heç kim bunu ictimaiyyətə açıqlamaq istəmir. Təsəvvür edin, 14 illik komanda dağılır, amma heç kimin vecinə deyil. Sonra da deyirik ki, niyə Avropa çempionatında və ya başqa mötəbər turnirlərdə uğur qazana bilmirik... EKOL ölkə futzalında müəyyən çəkisi olan üç komandadan biri idi, heyətində təcrübəli futzalçılar yer alırdı. Belə çıxır ki, futzal heç kimə lazım deyil. Sadəcə, gəlişigözəl sözlər ancaq mətbuatda çıxış etmək üçün imiş”.


EKOL niyə fəaliyyətini dayandırdı, bu qərarı kim verib və nədən qaynaqlanıb? Bu suallara cavab tapmaq üçün klub rəhbərliyini aradıq. Ancaq suallarımıza cavab tapa bilmədik. Kluba yaxın, lakin adının çəkilməsini istəməyən şəxs bizimlə söhbətdə qərarın qəfil ortaya çıxmadığını, hələ iki ay öncədən EKOL-un “qələminin qırıldığını” dedi:

“Təxminən ayyarım əvvəl şirkətə yeni təyin olunan rəhbərlik “EKOL hara, futzal komandasına sponsorluq etmək hara? Bu, şirkətin profilinə uyğun deyil” deyib, yayda klubun fəaliyyətinin dayandırılmasına qərar verib. Əsas səbəb SOCAR-dan EKOL şirkətinə ayrılan vəsaitin azaldılmasıdı. Rəsmi sənədlərdə komandanın üzvləri şirkətin işçiləri kimi ayrıca onlar üçün yaradılan şöbədə qeydiyyatdan keçmişdilər. İndi həmin şöbə ləğv olunub. Hətta onu da bildirim ki, iki ay əvvəl yeni rəhbərlik “Neftçi” İK-i də bağlamaq istəyirdi. Onların fikrincə, bu idman klubu şirkət üçün əlavə yük, izafi xərcdi. Sonradan fikirlərindən daşındılar”.


Bu da ölkə idmanı adına növbəti biabırçılıq. SOCAR bir tərəfdən ölkə futboluna maliyyə ayırır, digər tərəfdən də klubları “dəfn edir”. İndi bunu necə başa düşmək olar, SOCAR rəhbərliyinin məqsədi nədi?

Görəsən, Futzal Federasiyası EKOL-un fəaliyyətini dayandırmasına necə baxır? Olmazdı ki, qurum rəhbərliyi daxili imkanlar hesabına 14 illik klubu yaşatsın? Federasiyanın mətbuat katibi Mahal Məmmədov qəzetimizə açıqlamasında klubları maliyyələşdirmək imkanlarının olmadığını söylədi:

“EKOL-un bu vəziyyətlə üzləşməsi gözlənilməz oldu və təəssüf doğurur. Çünki 2008-ci ildən fəaliyyət gostərən komanda həmişə iddialı olub və çempionata rəng qatıb. Cari mövsümü də uğurlu keçirdilər, çempionatın gümüş medallarını qazandılar. Yayda hazırkı U-19-un bir neçə üzvünü də həyətə qataraq güclənmək istəyirdilər. Amma nəticə üzücü oldu. Sponsor məsələsinə gəlincə, federasiya özü məhdud büdcə ilə fəaliyyət göstərir, bununla belə, komandalara dəstəyini də əsirgəmir. Heç bir komandadan yarışda iştiraka görə üzvlük haqqı alınmır, legioner futzalçılara gorə ödəniş tələb olunmur, oyunlar keçirilən zalların içarə haqqını ödəyir, oyunları katib, həkim, diktor, timekeeperlə təmin edir, onların ödənişini edir, intizam sanksiyalarına görə futboldan fərqli futzal komandalarına maliyyə sanksiyaları tətbiq olunmur. Bunları Futzal Federasiyasi öz məhdud büdcəsi hesabına reallaşdırır, yüksək liqada iştirak edən U-19-un xərclərini qarşılayır. “Badamlı” şirkəti yüksək liqanın oyunları zamanı komandaları içməli su ilə təmin edir. Amma hansısa komandaya sponsorluq, əlavə ödənişlər etmək federasiyanın imkanları xaricindədi. Sponsorun cəlb edilməsi ilə bağlı klublar fəallıq göstərməlidi. Bəzən deyirlər, bölgələrdə oyunlar keçirilmir. Artıq neçə mövsümdü ki, çempiontımızda bölgə təmsilçisi də iştirak edir. Onlara dəfələrlə demişik ki, təmsil etdiyin rayonda oyun keçirməyə hazır olanda federasiyaya məlumat versinlər, rəqib, həmçinin oyunun təşkilində iştirakı vacib əməkdaşlar üçün nəqliyyatı biz təşkil edib, gələk. 3 il əvvəl belə bir təcrübə Qubada yasandı. Cari mövsümün ikinci yarısında Lənkəranda da belə bir görüş keçirmək istəyirdik. Ancaq komanda qış fasiləsindən sonra zəiflədi, öz meydanında oyun keçirməkdə maraqlı olmadı. Yenə deyirəm, federasiya imkan daxilində komandalara dəstək olur, amma bu da bir yerə qədərdi. Ümid edirik ki, EKOL-a sahib çıxan olacaq və belə bir komandanın tarixin yaddaşına köcməsinə imkan verməyəcək”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

17-05-2022, 15:0

EKOL dağıldı! - ÖZƏL

İdman

24-04-2022, 00:0

EKOL-un kapitanı çempionluq anonsunu verdi - AÇIQLAMA

İdman

7-05-2022, 19:0

"Araz-Naxçıvan" çempion oldu

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 175
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə