Futzal üzrə yüksək liqada artıq əsas məqhələ başa çatıb.
Çempionatda ilk dörd yeri tutan komanda çempionluq uğrunda münasibətləri aydınlaşıracaqlar ki, “dördlər finalı”nda azarkeşlər EKOL – Neftçi İk və Araz-Naxçıvan - Baku Fire qarşıdurmasına şahidlik edəcək.
EKOL-un kapitanı Namiq Məmmədkərimov “Football-plus.az” saytına açıqlamasında Naxçıvan təmsilçisinin taxtdan salmağa hazır olduqlarını bildirdi:
“Yarımfinal matçlarına tam hazırıq. Bizim üçün əsas məqsəd “Neftçi” İK kimi komandanı yarımfinalda mübarizədən kənarlaşdırmaqdı. Bunu bacaracağımız halda – buna şübhə etmirəm – finalda “Araz- Naxçıvan”la üz-üzə gələcəyik ki, burda da qələbə bizim olacaq. EKOL-un kapitanı olaraq, gücümüzə əminəm, biz o komandayıq ki, mövsüm ərzində Joze Alesio Da Silvanın komandasına yeganə məğlubiyyəti yaşatmışıq. Həmin qələbənin təsadüfi olmadığını mövsümün həlledici qarşılaşmasında da göstərməyə hazırıq”.
RƏŞAD