• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Daş qayaya rast gələndə... - KÖŞƏ

Avrokuboklar

6-04-2022, 13:0

Bəli, həyatda da belədi. Hansısa böyük daş yuvarlana-yuvarlana gedir, önünə gələni dağıdır.

Ta o vaxta kimi ki, onun qarşısına böyük qaya parçası çıxmasın. Daş həmin qaya parçasına toxunandan sonra dayanır. Sanki bu qayaya qədər qarşısına çıxanı tapdalayıb-əzən bu daş deyilmiş. “Neftçi” də uzun müdət idi ki, məğlubedilməz, qarşısıalınmaz komandaya çevrilmişdi. Sizin də yadınızda olar, “ağ-qaralar” Novruz bayramı ərəfəsində “Qəbələ”ni 4:0 hesabıyla məğlub etmişdi. Bu qarşılaşmadan sonra komandanın baş məşqçisi Samir Abasov “çox istərdim ki, çempionat indi başlasın” demişdi. Onun yerinə kim olsaydı, belə deyərdi. Çünki “Neftçi”nin işləri qaydasında gedirdi. Özü də söhbət təkcə həmin gün keçirilən “Qəbələ” ilə oyundan getmir...

“Ağ-qaralar” qış fasiləsinə heç də yaxşı əhval-ruhiyyədə yollanmadı. 14-cü turda səfərdə “Qəbələ” ilə qarşılaşan “Neftçi” qələbəyə həsrət qaldı. Emin Mahmudovun qolu komandanı məğlubiyyətdən xilas etdi. Fasilədən sonra isə daha çətin sınaq var idi, Samir Abasov lider “Qarabağ” önündə imtahan verəcəkdi. Bu imtahan “Neftçi” üçün uğurlu yekunlaşmadı, ağdamlılar rəqibinə “2” verdi. Kadi Borgesin qollarına sevinən “köhlən atlar” “Bakcell Arena”dan 3 xalla ayrıldı. Bu isə o demək idi ki, “Neftçi” ötən mövsüm min bir əziyyətlə qazandığı çempionluq titulunu qoruya bilməyəcəkdi. Əsas rəqibindən xeyli geri düşən “ağ-qaralar” qış fasiləsindən sonra hətta 4-cü pilləyə qədər gerilədi. Düşünmək olardı ki, bu gərginlik “Neftçi”ni kökdən salacaq, çempionluğu əldən verən komanda, ümumiyyətlə, irəli-geri ləngər vurmağa başlayacaq. Amma “Neftçi” özünə gəlməyi bacardı. Özü də xeyli maraqlı şəkildə. “Sabah”la kubok qarşılaşması dönüş nöqtəsinə çevrildi. Öz meydanında heç-heçəyə razılaşan “Neftçi” Masazırda hətta hesabda geri də düşdü. Nə oldusa, bundan sonra oldu. Qonaqlar özündə güc tapıb, rəqibin qapı torunu qısa müddətdə üç dəfə silkələdi. 3:1 hesablı qələbə “Neftçi”nin özünəinamını qaytardı, komanda üçün motivasiya mənbəyinə çevrildi.

“Keşlə”ni də 3:1 hesabıya məğlub edən “Neftçi” premyer-liqada əməlli-başlı çıxış yaxaladı. Samir Abasovun üzü gülür, ağ-qara rənglərə könül verən azarkeşlər sevinirdi. “Keşlə”dən sonra “Neftçi” “Sabah”ı çempionatda da məğlub etdi. Növbəti rəqib “Səbail” olunca, qələdə qazanmaq da çətin olmadı. Sonra sıra “Sumqayıt”a gəldi. Düzdü, bu komanda “Neftçi” üçün həmişə çətin rəqib sayılıb. Amma bu dəfə vəziyyət fərqli idi. Riad Rəfiyevin möhtəşəm idarəçilik dühası sayəsində Aleksey Baqaya etibar olunan “Sumqayıt”ı bütün rəqiblər asanlıqla keçir. Bu fürsətdən “Neftçi” də yararlandı və növbəti qələbə bu rəqiblə oyunda qazanıldı. Sonra isə növbə “Qəbələyə” çatdı. Ölkənin ən qocaman klubunun yubileyi şərəfinə “Bakcell Arena”da, saat 19:37-də başlayan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə yekunlaşdı. Belədə bayram bayrama qarışdı. Məhz bu möhtəşəm qələbədən sonra Samir Abasov çempionatın yenidən başlamasını arzuladı. Zarafat deyildi, “Neftçi” son beş qarşılaşmadan yüzfaizlik nəticə ilə ayrılmış, mümkün 15 xalın hamısını toplamışdı.
Bu sevincin ömrü elə millinin oyunlarıyla bağlı çempionata verilən fasilə qədər oldu. “Zirə” “Neftçi” üçün keçilməz rəqibə çevrildi. Heç də təsadüfi deyil ki, “ağ-qaralar” məğlubiyyətdən 5-ci uzatma dəqiqəsində qaça bildi. Özü də penalti zərbəsi sayəsində. Çoxları baş hakim İnqilab Məmmədovun “Zirə”nin qapısına təyin etdiyi penaltiyə şübhəylə yanaşır, onun meydan sahiblərinə kömək etdiyini düşünür. Mən bu düşüncələrlə bağlı fikrimi özümdə saxlayıram. Çünki yazımın məqsədi heç də bu qərarı müzakirəyə çıxarmaq deyil. Təkcə onu demək istəyirəm ki, hakimliyimizin gəldiyi bugünkü nöqtə təəssüf doğurur. Uğursuz idarəçilik, məsuliyyətsiz qərarlar, Frits Stuxlikin “vurdum duymazlığı”, AFFA rəhbərliyinin ona göz yumması bizi bugünkü yerə gətirib. İstər haqlı olsun, istər haqsız. Artıq azərbaycanlı hakimlər klubların, futbolçuların və azarkeşlərin qarşısındakı etimadlarını zədələyiblər. İnqilab Məmmədovun məlum qərarı da məhz bu səbəbdən xeyli şübhəylə qarşılanır, müzakirələrə səbəb olur. Vacib olan bu qarşılaşmanın nəticəsi deyil. Ən vacibi 1:1 hesabıyla bitən matçdan sonra Samir Abasovun dedikləridi. “Neftçi”nin baş məşqçisi bu dəfə də maraqlı açıqlamalarla diqqəti çəkib: “Bu gün bəxtimiz gətirdi. Meydanda bir komanda var idi. O da “Zirə” idi. Tez toparlanmalıyıq”.

Bəli, mən Samir bəylə ikiəlli razıyam. “Neftçi” tez toparlanmalıdı. Təkcə özünə görə yox, həm də çempionatımızın onsuz da az olan dadına-duzuna görə. Budəfəki büdrəməni isə daşın qayaya rast gəlməsinin ayağına yazaq. Ümid edək ki, Şamaxı səfəri “Neftçi” üçün qanqaraçılıqla yekunlaşmayacaq.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

2-06-2022, 14:0

Samir Abasov "Neftçi"də qalır, yoxsa gedir? - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu / Manşet

10-04-2022, 14:0

“Qəbələ”nin yağışdan çıxıb, yağmura düşməsi - KÖŞƏ

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 175
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə