Samir Abasov "Neftçi"də qalır, yoxsa gedir? - ÖZƏL AÇIQLAMA

2.06.2022 14:18 2 191
Ölkə futbolu / Manşet
Azərbaycanda futbol mövsümü başa çatandan sonra "Neftçi"nin baş məşqçisi Samir Abasovdan səs-soraq yoxdu.

Mətbuatda “ağ-qaralar”ın onunla yolları ayıracağı ilə bağlı xəbərlər yer alsa da, ortada rəsmi nəsə yoxdu. Bunu nəzərə alıb, dünən Abasovla əlaqə saxladıq:

"28-ci turda "Qarabağ"la keçirilən oyundan sonra məzuniyyətə çıxmışam. Hazırda evimdə istirahətdəyəm. Hələlik nə "Neftçi"dən əlaqə saxlayan var, nə də mən onlarla danışıram. Mətbuatdan eşidirəm ki, bir neçə məşqçi ilə danışıq aparırlar. Klubdakı taleyimlə bağlı veriləcək qərarı gözləyirəm. Allah qismətimə nə yazıbsa, o da olacaq. Allah nə edirsə, xeyirlisini edir".


ABDULLA İSMAYILOĞLU