Çempionlar Liqası ilə bağlı yeni qərar

16.03.2022 11:27 738
Avrokuboklar
Çempionlar Liqasında iştirakla bağlı yeni qərar qəbul edilib.

UEFA qadınlardan ibarət komandası olmayan klubları 2023/24 mövsümündən yarışa buraxmayacaq. Bu barədə Türkiyənin “Bitexen Adana İdmanyurduspor” klubunun prezidenti Mətin Taylancı yerli KİV-ə açıqlamasında bildirib. O, Avropanın ali futbol qurumunun artıq bu istiqamətdə işlərə start verdiyini deyib:

“Buna görə Türkiyədə 8 aparıcı klubun qadın komandası yaradıldı. UEFA yeni qadağanı 2023/24 mövsümündən tətbiq edəcək. Bu qərar qadın futbolunun inkişafı üçün əhəmiyyətli addımdı”.