Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, bu turda azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar qarşılaşıb.
Vüsal İskəndərlinin şərəfini qoruduğu "Keçiörengü" Namik Əlsəkərovun formasını geyindiyi "Bursaspor"u qəbul edib. Oyun Ankara təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Vüsal İskəndərli bu görüşün iştirakçısı olmayıb. Namik isə matça ilk "11-lik"də başlayıb və 90 dəqiqə meydanda olub.