TFF 1-ci liqasında 29-cu turun oyunları keçirilir.
Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Vüsal İsgəndərlinin komandası "Keçiörengücü" ilə üz-üzə gəlib. Qarşılaşma Ankara təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Namik bu oyunda meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb. Vüsalın adı isə qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, "Bursaspor" yarışın turnir cədvəlində 28 xalla 18-ci, "Keşiörengücü" isə 38 xalla 9-cudu.