Kamran oynadı, komandası bərabərə qaldı

3.04.2022 10:00 522
Ölkə futbolu
Rusiya 1-ci divizionunda 30-cu turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Kamran Əliyevin çıxış etdiyi “SKA-Xabarovsk” doğma meydanda “Olimp-Dolqoprudnı” ilə qarşılaşıb. Matç 3:3 hesablı heç - heçə ilə başa çatıb.

Azərbaycanlı hücumçu da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “SKA-Xabarovsk” 30 turdan sonra 49 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.