Namikin komandası yenə xal itirdi

20.04.2022 09:39 624
Dünya futbolu
Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında növbəti matçına çıxıb.

Bursa təmsilçisi doğma meydanda "Gənclərbirliyi"ni qəbul edib. Matçda hesab açılmayıb.

Namik bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan yarımmüdafiəçi 69-cu dəqiqədə əvəzlənib.

"Bursaspor" turnir cədvəlində 18-ci sırada yer alıb.